IQNA

Əl-Əzhərdə Quran hafizləri üçün seçim imtahanları keçirilib

20:53 - January 17, 2023
Xəbər sayı: 3493576
Misirin müxtəlif əyalətlərində Əl-Əzhərdə işləmək istəyən Quran hafizləri üçün dördüncü hazırlıq kursunun ümummilli imtahanı başlayıb.

Əl-Əzhərdə Quran hafizləri üçün seçim imtahanları keçirilib

Misirin müxtəlif əyalətlərində Əl-Əzhərdə işləmək istəyən Quran hafizləri üçün dördüncü hazırlıq kursunun ümummilli imtahanı başlayıb.

"İQNA", "Əxbarul-Yəvm"-ə istinadən xəbər verir ki, bu imtahan yanvarın 15-i bazar günü Misirin bütün əyalətlərindən olan Hafizlərin iştirakı ilə Əl-Əzhər məscidində başlayıb və üç gün davam edəcək.

Əl-Əzhər məscidinin baş direktoru Hadi Oudə deyib: "Bu imtahan, imtahan verənlər arasında bərabərlik və bərabər imkanlar prinsipinin həyata keçirilməsini təmin etmək üçün ən yaxşı audio və video alətlərlə aparılır".

Həmçinin Əl-Əzhərin şeyxi Əhməd ət-Tayibin Əl-Əzhər həyətində yetişdirilmiş ən yaxşı akademik heyətin seçilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq Quran hafizlərinin seçim imtahanı keçirilib. Daha əvvəl, Korona epidemiyası zamanı belə bir imtahan sağlamlıq tədbirləri və protokollara uyğun olaraq Əl-Əzhər-ə bağlı mərkəzlərin Qurani-Kərim işlərinin ümumi şöbələrində keçirilib.

4115232

captcha