IQNA

Cənubi Afrikada 13-cü Milli Quran Hifzi Yarışması keçirilib

21:33 - January 18, 2023
Xəbər sayı: 3493579
Cənubi Afrika Respublikasının milli Quran hifzi müsabiqəsinin 13-cü turu keçirilib. Bu müsabiqə Quran və Quran Elmləri Ali Şurasının himayəsi ilə Pretoriyada keçirilib.

"İQNA", "Əl-Mədinə"-yə istinadən xəbər verir ki, bu müsabiqənin bağlanış mərasimi Pretoriyanın Mərkəzi İslam Məktəbinin “Nur” məscidində Məscidül-Həramın imamı və xətibi “Mahir ibn Həmd Əl-Maiqlinin” nəzarəti altında keçirilib.

Cənubi Afrikanın Quran və Quran Elmləri Ali Şurası bu yarışların təşkilatçısıdır. Bu müsabiqədə ölkənin hər yerindən hafizlər iştirak edib bir-biri ilə yarışıblar.

Şeyx Maiqli müsabiqənin bağlanış mərasimində çıxış edərək deyib: Bu cür yarışlar Cənubi Afrikalı oğlan və qızları Quranı əzbərləməyə və vəhy kəlamlarına diqqət yetirməyə təşviq etməkdə təsirlidir.

Cənubi Afrika Milli Quran Şurası (SANQC) İslam təşkilatıdır. Onun əsas layihəsi hər il keçirilən milli Quran hifzi müsabiqəsidir. Ona qiraət elmi ustadları rəhbərlik edir.

4115503

captcha