IQNA

İslam inqilabı Nigeriya xalqının dini kimliyini yenidən canlandırdı

22:43 - February 15, 2023
Xəbər sayı: 3493708
Nigeriya Universitetinin ustadı deyir: İran İslam İnqilabı Nigeriya xalqı və bu ölkənin dini hərəkatları üzərində böyük təsir göstərmiş və onların dini kimliyini dirçəltmişdir.

Nigeriyanın Zariya şəhərindəki Əhmədu Bello Universitetinin ustadı İsa Həsən Mşelgaru İslam İnqilabının 44-cü ildönümü münasibətilə "İQNA"-yaverdiyi müsahibədə deyib: "İcazə verin, İslami İran xalqını bu böyük ildönümü münasibətilə təbrik edim. Allahdan inqilabın banisi İmam Xomeyniyə (r.ə) rəhmət və Rəhbərimiz İmam Xameneini düşmənlərin bütün fitnələrindən qorumasını diləyirəm".

O əlavə edib: "22 Bəhmən (11 fevral) İranda zühur edən və çağdaş tarixdə İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə bu cür ilk inqilab sayılan İslam İnqilabının 44-cü ildönümünə təsadüf edir".

O, sözünə belə davam etdi: "Biz bu qələbəni qeyd edərkən, İslam İnqilabının uzaq bir diyarda, yəni Afrika qitəsindəki Nigeriyada təsirindən bir az danışmaq istərdim. İnqilab hara çatırsa, o, silinməz təsiri olan bir mesaj daşıyır. İran İslam İnqilabı Nigeriya xalqına və həmçinin bu ölkədə İslam hərəkatının yaranmasına böyük təsir göstərmişdir".

Mşelgaru İran inqilabının digər ölkələrdəki təsirlərinə toxunaraq dedi: "Nigeriyada İslam inqilabının təsirləri əsasən dini kimliyin dirçəlişi və inkişafı, şəxsi kimliyin yaradılması, oyanış və şüurla bağlı olub".

O bildirib ki, Nigeriya cəmiyyətinin əhəmiyyətli bir hissəsinin İran İslam İnqilabından təsirləndiyi açıq-aydındır. Nəticədə, insanların din, ədalət, mənəviyyat və rasionallığın tərəqqisi haqqında düşüncə tərzinin dəyişməsinə səbəb oldu.

4121814

captcha