IQNA

İraqda İmam Kazimin (ə) şəhadət günü münasibəti ilə Quran məclisləri keçirilib

18:49 - February 16, 2023
Xəbər sayı: 3493710
İraqda Həzrət Abbasın (ə) hərəminin Qurani-Kərim Elmi Mərkəzi tərəfindən İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü münasibətilə Quranla üns məclisləri və əzadarlıq mərasimləri keçirilib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, bu məclislərə Həzrət Abbasın (ə) hərəminin Qurani-Kərim Elmi Məclisinə tabe olan Nəcəfin Qurani-Kərim Mərkəzi nəzarət edirdi və bu mərkəzdən bir qrup qari və İraq vətəndaşları iştirak edirdi. Bu mərkəzin bir qrup qari və İraq vətəndaşları orada iştirak edib.

Nəcəf Quran Mərkəzinin qarilərindən Seyyid Zülfiqar Əl-Səbri deyib: "Bu mərkəz İmam Musa Kazımin (ə) şəhadətinin ildönümündə əza mərasimində iştirak etmək üçün bu ziyarətgaha gedən zəvvarların yolu üzərində “Əl-Dəbuni” ərazisində üç Quran məclisi və əzadarlıq mərasimi təşkil etmişdir. Bu proqramlar mərkəzin Vasit əyalətindəki təbliğ fəaliyyətlərindən idi".

O əlavə etdi: "Nəcəf Quran Mərkəzindən bir qrup qari və Vasit şəhərinin bəzi sakinləri bu proqramda iştirak ediblər. Həmçinin xətib Şeyx Əmmar Fəyyaz əzadarlıq məclisini təşkil edərkən İmam Musa Kazimin (ə) həyat tərzindən və onun Qurana xidmət və təfsirindəki rolundan danışıb.

Qeyd edək ki, bu gün 16 fevral (25 Rəcəb) İmam Musa Kazimin (ə) şəhadət günüdür. Bu münasibətlə bir çox zəvvarlar onun İraqın Kazimeyn şəhərindəki hərəminə gedərək, ziyarət və əzadarlıq edirlər.

4122431

captcha