"İQNA", "Middle East News"-a istinadən xəbər verir ki, Yens Stoltenberq İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyib. Bu cür fəaliyyətlərin tamamilə əleyhinə olduğunu və İsveçin bu hadisəni pisləməsinin müsbət bir hərəkət olduğuna inandığını bildirib. Amma nəzərə almaq lazımdır ki, bu hərəkət fərdi xarakter daşıyır. Habelə İsveçin ölkənin indiki mövqeyi və Türkiyə böhranına dəstəyinə aid siyasəti ilə heç bir əlaqəsi yoxdur.
O, əlavə edib: "Quranın yandırılması qəbuledilməzdir və mən İsveçin hər hansı oxşar hərəkətlərin qarşısını almasını alqışlayıram".
NATO-nun baş katibi təşkilatın zəlzələdən zərər çəkənlərə dəstəyini və yardım göndərdiyini də vurğulayaraq, indi Türkiyənin yanında olmağın zamanı olduğunu bildirib.
4122570