IQNA

Misirdə Quran hafizi olan qızlar təqdir olunub

11:51 - March 09, 2023
Xəbər sayı: 3493820
Misirin Əl-Qizə şəhərində Qurani-Kərimi əzbər bilən qızlar üçün möhtəşəm təqdir etmə mərasimi keçirilib. Bu mərasim sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.

"İQNA", "Ət-Təriq"-ə istinadən xəbər verir ki, Misirdəki sosial şəbəkə istifadəçiləri Əl-Qizə əyalətinin (Misirin şimalı) Əl-Qizə şəhərinin Tammoh kəndində Allahın kitabını əzbərləyən bir sıra qızların möhtəşəm təqdir etmə mərasimindən foto və videolar paylaşıblar.

Ailə üzvlərinin və çoxlu sayda kənd sakinlərinin hüzurunda məktəblilərin geyim forması və əllərində fəxri lövhələr tutması hər bir izləyicinin diqqətini cəlb edib.

Bu mərasimdə bir sıra tələbələr ağ və qara paltarlar və ağ şal taxmaqla insan zənciri təşkil etdilər. Yaşıl geyimli, ağ şərfli və tamaşaçıların alqışları arasında olan bir sıra şəxslərə Quranı əzbərlədikləri üçün sertifikat və təşəkkürnamələr təqdim olunub.

Bu mərasim Əl-Əzhər Universitetinə bağlı Əl-Əz Quran Təhsil Mərkəzi tərəfindən təşkil olunub və bir sıra Əl-Əzhər alimlərinin iştirakı ilə keçirilib.

4126944

 

captcha