IQNA

Əl-Əzhər: "Qurana hörmətsizlik dini müqəddəslərə qarşı cinayətdir"

20:38 - June 26, 2023
Xəbər sayı: 3494382
QAHİRƏ (IQNA) - Əl-Əzhər İslam Mərkəzi Nablusun cənubundakı sionist gəlmələr tərəfindən Quranın təhqir edilməsini pisləyib və bəyan edib: "Bu cür hərəkətlər dini müqəddəsliklərə qarşı cinayətdir".

"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, Əl-Əzhər Quranın təhqir edilməsini və sionistlərin İordan çayının qərb sahilindəki Fələstin kəndlərinə təcavüzünü və fələstinlilərin mallarının oğurlanmasını pisləyərək, vurğulayıb: "Beynəlxalq ictimaiyyətin gözü və qulağı qarşısında belə cinayətlərin davam etdirilməsi və dünyanın işğalçıların cinayətlərini, onların qanlı davranışlarını ifşa edə bilməməsi işğalçılarla heç bir üzr olmadan şəriklik insanlığa qarşı cinayətdir".

Mərkəzin bəyanatında deyilir: "Sionistlərin cinayətləri beynəlxalq hüquq və dini müqəddəslərə hörməti vurğulayan və ibadət azadlığını təmin edən bütün öhdəlik və qanunların açıq şəkildə pozulmasıdır".

Bununla bağlı Əl-Əzhərin müavini Məhəmməd Əl-Zəvaini də vurğulayıb: "İşğalçıların nalayiq hərəkətləri yer və səmavi qanunlarla ziddiyyət təşkil edir. Həmçinin ziyalılar və ağıllı insanlar tərəfindən rədd edilir. Habelə sionistlərin fitrətindən qaynaqlanan cinayət və terrorizmi göstərir.

O, Facebook-da bildirib: Quranı cırıb yandırmaq, müqəddəs Qüds və Fələstin vətəndaşlarına hücum etmək bizim imanımızı, kimliyimizə, əqidəmizə və torpağımıza bağlılığımızı gücləndirir.

Sonda Əz-Zəvini haqqa kömək etmək və sionistlərin cinayətləri ilə mübarizə aparmaq üçün vahid və aydın mövqe nümayiş etdirməyə çağırıb.

4150064

captcha