IQNA

Danimarka ekstremist qruplaşması tərəfindən Qurani-Kərimin təhqir edilməsi

13:48 - July 22, 2023
Xəbər sayı: 3494491
KOPENHAGEN (IQNA) – Danimarkanın paytaxtı Kopenhagendə İslam əleyhinə ekstremist qrup Quranı yandırıb. Bu hərəkət İraq Xarici İşlər Nazirliyi və bu ölkə xalqı tərəfindən sərt reaksiya ilə qarşılanıb və bu ölkədə geniş etiraz aksiyaları başlayıb.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, Danimarkada "Danske Patrioter" (Danimarka Patriotları) adlı ekstremist anti-islam qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin nüsxəsini yandırıblar.

Bu qrupun üzvləri İslam əleyhinə pankartlar qaldıraraq, İslama qarşı təhqiramiz şüarlar səsləndirib, İraq bayrağı və Quranı yerə atıblar. Daha sonra bu qrupun üzvləri Quranı yandıraraq bu hərəkəti sosial media hesablarında canlı yayımlayıblar. Bu qrup İsveçin Bağdaddakı səfirliyinə hücuma etiraz olaraq bu aksiyanı təşkil etdiklərini iddia edib.

“Danske Patrioter” qruplaşması bundan əvvəl də Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağını və Quranı təhqir edərək İslama hörmətsizlik etmişdi. Danimarkada Qurani-Kərimin yenidən təhqir olunması və İraq bayrağının yandırılmasından sonra yüzlərlə qəzəbli iraqlı nümayişçi Bağdadın yaşıl zonası qarşısına toplaşaraq Danimarka səfirinin İraqdan çıxarılmasını tələb ediblər.

Qəzəbli Sədr Hərəkatının tərəfdarları Bağdadın Yaşıl Bölgəsinin qapılarına basqın edərək Bağdadın Yaşıl Təhlükəsizlik Bölgəsində yerləşən Danimarka səfirliyinin ələ keçirilməsini tələb edib və bu nümayiş zamanı təhlükəsizlik qüvvələri ilə toqquşublar.

4156871                                                       

 

 

captcha