"İQNA", "Middle East News"-a istinadən xəbər verir ki, İraqın Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi çərşənbə axşamı açıqlamasında belə deyib: "İraqın ali təhsil və elmi araşdırmalar naziri Naim Əl-Əbudi bu ölkənin bütün universitetlərinin şuralarına Qurani-Kərim hafizlərini hökumətin gecə-gündüz kurslarında və pulsuz kurslarda təhsil haqqı ödəməkdən azad etməyi əmr edib".
Qeyd edək ki, çoxlu Quran hafizi olan tələbə İraqda təhsil alır. Hər il yüzlərlə Quran öyrənən bu ölkənin Quran mərkəzlərində vəhy sözlərini əzbərləməyə müvəffəq olur.
4158083