IQNA

Mərakeşdə Quranın təhqir olunmasına sivil cavab

18:20 - August 02, 2023
Xəbər sayı: 3494549
RABAT (IQNA) - “Sultani-Tullab” Mərakeşdə Quran hafizlərinə hörmət etmək üçün tarixi bir ənənədir və bu ölkənin bir sıra şəhərlərində hələ də saxlanılır.

"İQNA", "Hesperus"-ə istinadən xəbər verir ki, bu ənənə hər il iyulun sonunda Mərakeşin paytaxtı Rabatda qeyd olunur. Burada Quranı əzbərləməkdə uğur qazanmış oğlan və qızlar təqdir edilir.

“Sultani-Tullab” festivalının direktoru Əbdül-Fəttah Əl-Fərisi deyib: "Bu ənənə bir simvoldur. Qurana, Quran əhlinə və hafizlərə diqqəti təsvir edir və bu günə qədər davam edir".

O əlavə etdi: "Bu festival Qurani-Kərimin hökm və qaydalarına əsasən Quran daşıyıcılarının və alimlərinin məqamını göstərir. Keçmişdə Mərakeş şəhərlərinin məşhur adamları və ağsaqqalları məscidlərdə və məktəblərdə toplaşır, alimlərin, ustadların və qarilərin hüzurunda tələbələrin və ya Quran hafizlərinin məclisini təşkil edirdilər. Ən azı həftədə bir dəfə Quran hafizlərinə ehsan etməkdə bir-biri ilə yarışırdılar.

Əl-Fərisi bu mərasimin arxa planını belə izah edib: Tarixi rəvayətlər göstərir ki, bu ənənə ilk dəfə 1666-1672-ci illərdə Mərakeşin Ələvi sultanı “Mulay Rəşid”in dövründə Fez şəhərində bu ölkə daxili gərginliklə üzləşdiyi zaman keçirilib.

4159701

captcha