IQNA

Ərəbistanın Quran yarışmasında qırğızıstanlı gənc hamını heyrətləndirib

12:07 - August 29, 2023
Xəbər sayı: 3494680
MEKKE (IQNA) - Səudiyyə Ərəbistanında keçirilən Beynəlxalq Quran Müsabiqəsində iştirak edən qırğızıstanlı Abdullah İdosov Quran ayələrini surə, ayə və cüz nömrələrinə görə əzbərləməkdəki heyrətamiz bacarığı ilə tamaşaçıları təəccübləndirib.

"İQNA", "Misri Əl-yəvm"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Beynəlxalq Quran Müsabiqəsində iştirak edən qırğızıstanlı gənc Abdullah İdosov heyrətamiz bacarığı ilə tamaşaçıları təəccübləndirib. O, surənin, ayənin, cüzün nömrəsini, surənin nazil olduğu yeri və səhifənin əvvəlini və sonunu əzbərləməklə Quranı hifz edib.

Qırğızıstanın paytaxtı Bişkekdən baş mükafatı qazanmaq ümidi ilə Məkkəyə gələn bu iştirakçı on iki yaşında Qurani-Kərimi əzbərləməyə başlayıb. 3 ildən sonra onu tamamilə əzbərləyib bitirib.

Mediaya müsahibə verən İdosov bildirib ki, Qurani-Kərimin hifzi, qiraəti və təfsiri üzrə 43-cü Kral Əbdüləziz beynəlxalq müsabiqəsində iştirak etməkdən əvvəl yaşadığı kənd, şəhər səviyyəsində yerli yarışlarda iştirak edib. O, ölkə səviyyəsində birinci yeri tutaraq, Qırğızıstan təmsilçisi kimi bu yarışmada iştirak etmişdir.

4165510

 

captcha