IQNA

Ailə üzvləri bir-birinə qarşı həyalı olmalıdır

9:49 - September 16, 2023
Xəbər sayı: 3494747
TEHRAN (IQNA) - İslama görə, ailə həyası o deməkdir ki, kişi və qadın uşaqlarının, hətta azyaşlı uşaqların qarşısında normal paltar geyinməli, bədənlərinin həssas nöqtələrini göstərməməlidirlər.

Həyalı olmaq, bu söz son dərəcə müqəddəsdir. İnsan təsəvvürünə gətirəndə sanki ətrafı bir nur əhatə edir və düzü, bu, çox müqəddəs sözdür və çoxlu təsirlərə malikdir. Hədislərə əsasən həyası olmayanın imanı olmadığı bildirildi. Həmçinin xalqın ən ağıllısının onların ən həyalısı olduğu bildirildi. Əmirəl-möminin Əli (ə) buyurur: "Həyası olmayan adamda xeyir yoxdur".

Həyanın müxtəlif növləri vardır. Bu fəzilət üç qismə bölünür: Fərdi, ailə və ictimai.

Keçən bəhsimizdə Məsum rəhbər qarşısında həya etməkdən danışdıq.

“Fərdi həya” haqqında bir qədər söhbət etdik. Bu bəhsimizdə biz “ailə həya”sından danışacayıq.

Qurani-Kərim öz ayələrində ailədə həyanın qorunmasının vacibliyinə çox təkid edir. Bir ayə oxuyaq və görək biz beləyik, ya yox? Əgər belə deyiliksə, bu o deməkdir ki, biz Qurani-Kərimə əməl edən deyilik və əsl müsəlman deyilik. Quranda qadınlar haqqında buyurulur: Ey xanım! Yaxşı ilə pisi ayıran, lakin yetkinlik yaşına çatmamış uşaq, yəni üç və ya dörd yaşlı uşaq valideynlərinin otağına üç dəfə girmək üçün icazə istəməlidir və onun icazəsiz sizin otağınıza girməyə haqqı yoxdur.

«يا أَيُّهَا الَّذينَ آمَنُوا لِيَسْتَأْذِنْكُمُ الَّذينَ مَلَكَتْ أَيْمانُكُمْ وَ الَّذينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلاثَ مَرَّاتٍ مِنْ قَبْلِ صَلاةِ الْفَجْرِ وَ حينَ تَضَعُونَ ثِيابَكُمْ مِنَ الظَّهيرَةِ وَ مِنْ بَعْدِ صَلاةِ الْعِشاءِ ثَلاثُ عَوْراتٍ لَكُمْ»

"Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. Bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nur, 58).

Əziz İslama görə, ailə həyası o deməkdir ki, kişi və qadın uşaqlarının, hətta azyaşlı uşaqların qarşısında normal paltar geyinməli, bədənlərinin həssas nöqtələrini göstərməməlidirlər. Bu səbəbdən Quran kiçik uşaqların həmin xüsusi vaxtlarda valideynlərinin xüsusi zamanlarda yanlarına girmələri üçün icazənin alınmasını zəruri hesab edir.

Növbəti ayədə yetkinlik yaşına çatmış böyük uşaqların evə və valideynlərinin yanına hər zaman, yalnız əvvəlcədən icazə alınmaqla girə bilmələrinə icazə verilir:

«وَ إِذا بَلَغَ الْأَطْفالُ مِنْكُمُ الْحُلُمَ فَلْيَسْتَأْذِنُوا كَمَا اسْتَأْذَنَ الَّذينَ مِنْ قَبْلِهِمْ»

"Sizdən olan uşaqlar da həddi-büluğa çatanda (yanınıza daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izin istəsinlər" (Nur, 59).

Bu o deməkdir ki, o yetkinlik yaşına çatmış uşaqlar valideynlərin otaqlarına girmək üçün icazə almalıdırlar; Məsələn, yeniyetmə oğlanın xəbər vermədən və qapını döymədən evə girməyə haqqı yoxdur. O, içəri girən kimi qapını döyməli və evə girmək üçün icazə almalıdır. İslam dininə görə qardaş və bacılar bir-birinin önündə normal geyimdə olmalıdırlar.

Valideynlər övladlarını uşaqlıqdan həya və ləyaqətlə böyütməlidirlər. Bunun üçün ilk növbədə davranış və danışıqda həyalı olmağa riayət etmək, məsələn, kamil və normal paltar geyinmək, həyadan uzaq söz deməmək lazımdır. Sonra qızına və oğluna həyalı olmağı öyrətməlidirlər. Onlara kamil paltar geyindirməlidirlər. Elə proqram tökün ki, uşaqlar bir-birinin önündə geyinib ev mühitində tam paltarda olsunlar.

Bu kontekstdə başqa bir məqam isə uşaqların yatdığı yerdir. Onlar valideynlərindən ayrı və bir-birindən ayrı yatmalıdırlar. Həzrət Peyğəmbərdən (s) rəvayət edilmişdir ki buyurur:

«فَرِّقُوا بَيْنَ أَوْلَادِكُمْ‏ فِي الْمَضَاجِعِ إِذَا بَلَغُوا سَبْعَ‏ سِنِين‏»

"Uşaqlar yeddi yaşına çatdıqda, onların yataq yerlərini ayırın".

captcha