IQNA

Əlcəzair Peyğəmbərin (s) mövludu və Milli Quran həftəsinə hazırlaşır

8:52 - September 27, 2023
Xəbər sayı: 3494798
ƏLCƏZAİR (IQNA) – Əlcəzairin Dini İşlər və Vəqflər Naziri Yusif Bilməhdi bu nazirliyin icraçı direktorlarının iştirak etdiyi iclasda bu ölkədə Həzrət Peyğəmbərin (s) mövludu və Qurani-Kərimin 25-ci Milli Həftəsinin qeyd olunması üçün yekun addımları müzakirə edib və nəzərdən keçirib.

"İQNA", " Əlcəzair onlayn"-a istinadən xəbər verir ki, Dini İşlər və Vəqflər Naziri Yusuf Bilməhdi bu nazirliyin icraçı direktorları ilə görüşdə bu nazirliyin iki mühüm hadisəsi, yəni Həzrət Peyğəmbərin (s) mövlud gününün rəsmi qeyd edilməsi və bu ölkədə 25-ci Milli Qurani-Kərim Həftəsi ilə bağlı zəruri tədbirləri müzakirə edib.

Bilməhdi bu görüşdə Peyğəmbərin (s) mövludu şənliklərinin ən yaxşı şəkildə keçirilməsi, Peyğəmbərin (s) tərcümeyi-halının öyrənilməsi və Qurani-Kərimin və Peyğəmbər (s) sünnəsinin hafizlərinə hörmətlə yanaşılması üçün lazımi göstərişlər verdi. O, həmçinin poetik istedadları təşviq etmək və imkanları bu iki mühüm hadisənin anım mərasimini mümkün qədər yaxşı keçirmək üçün səfərbər etdi.

Ölkənin hər yerindən 200-dən çox şəxsin iştirak etdiyi Milli Qurani-Kərim Həftəsinin 25-ci milli seçim müsabiqəsi bu həftənin əvvəlindən başlayıb.

Qurani-Kərimin 25-ci Milli Həftəsinin milli seçim yarışları 6 əsas qolda və 200-dən çox şəxsin iştirakı ilə iki münsiflər heyətinin nəzarəti altında uzaqdan video rabitə texnologiyasından istifadə edilməklə keçirilir.

4171251

captcha