"İQNA", "Daily Bangladesh"-ə istinadən xəbər verir ki, Abdulla Fəhim adlı balaca uşaq 105 gündə Quranı bütünlüklə əzbərləyib.
O, Banqladeşin Nemet Nur məscidində keçirilən beynəlxalq Quran hifzi müsabiqəsində iştirak edərək istedadını nümayiş etdirib.
Ailəsinin böyük uşağı olan Fəhim Hidayət Əl-Nur Quran hifzi mərkəzinin tələbəsidir və ən böyük arzusu İslam alimi olmaqdır.
Uşağın müəllimi Hafiz Şüeybul-İslam Süheyl bildirib ki, Abdulla Fəhim cəmi üç ay yarım ərzində Quranı bütünlüklə əzbərləyib.
Balaca hafiz ölkəsində keçirilən ən böyük Quran yarışlarında iştirak etməkdən xoşbəxt olduğunu da dilə gətirib.
4184936