"İQNA", "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, Şövqi Əbdül-Ati Nəsr 80 il Qurana xidmət edib və bir neçə nəsil Quran hafizi və alimləri yetişdirib.
Hafizin oğlu Əsəm Şövqi Əbdul-Ati Nəsr bildirib ki, atası 10 yaşında bütün Quran hafizi olub və Əl-Şezherdə işləyib.
Bila şəhəri Misirin ən mühüm Quran mərkəzlərindən biridir. Şeyx Əbul-Əynəyn Şüeyşə kimi böyük qarilərin doğulduğu yerdir. Şeyx Şövqi ömrünü kənd camaatına Quran öyrətməyə həsr etmiş bir şəxs idi. Misirin müxtəlif şəhərlərindən Quran qariləri və hafizləri öz qiraətlərini düzəltmək üçün onun yanına gəlirdilər.
Quran ustadının oğlu bildirib ki, Şeyx doğulduğu şəhərdə demək olar ki, bütün ömrünü uşaq və gənclərə Quranı əzbərləmə və oxumağı öyrətməyə sərf edib.
4191216