IQNA

İraqın Kazimeyn şəhəri 10 milyon ziyarətçi qəbul edəcək

11:45 - February 03, 2024
Xəbər sayı: 3495404
İQNA – İmam Musa Kazimin (ə) şəhadət ildönümü ərəfəsində Bağdad və xüsusilə Kazimeyn bölgəsi milyonlarla ziyarətçini qəbul etməyə hazırlaşır.

"İQNA", "Middle East Eye" saytına istinadən xəbər verir ki, İmam Musa Kazım (ə) və İmam Cavad (ə) hərəminin məsulları rəcəb ayının 25-i çərşənbə axşamı İmam Musa ibn Cəfərin (ə) şəhadət ildönümü üçün Kazimeyn şəhərini hazırlayırlar.

Müqəddəs Hərəmin baş katibinin müavini Səd Əl-Həccə keçirdiyi mətbuat konfransında cümə günü, fevralın 2-də Müqəddəs Məqbərələrin həyətində qara matəm bayraqlarının qaldırıldığını xatırladıb və şəhərin iranlı, ərəb, hindistanlı, livan və Pakistanlı ziyarətçiləri qarşılamağa hazır olduğunu bildirib.

Kazimeyn Hərəmi baş katibinin müavini deyib ki, İraq Səhiyyə Nazirliyi xəstəxanaların əsas dərman və digər tibbi ləvazimatlarla təmin edilməsi, o cümlədən ziyarətgaha gedən yollarda təcili yardım maşınlarının yerləşdirilməsi və gələn ziyarətçilərə təklif edilən qida və içkilərə baxış keçirilməsi üçün lazımi tədbirlər görüb.

4197129

captcha