IQNA

İndoneziya və Malayziyada İsraili dəstəkləyən şirkətlərin boykot edilməsi

9:37 - March 10, 2024
Xəbər sayı: 3495600
İQNA – İndoneziya və Malayziyada sionist rejimi dəstəkləyən şirkətlərin məhsullarının boykot edilməsi davam edir.

"İQNA"-nın verdiyi məlumata görə, sionist rejimin Qəzzə zolağında Fələstin xalqına qarşı cinayətlərinin şiddətlənməsinin ardınca Şərqi Asiya ölkələri, Malayziya və İndoneziya xalqları İsrailə dəstək verən məhsul və şirkətləri boykot etməyə davam edirlər.

  İndoneziyanın ən məşhur geyim markalarından biri olan “Unilever” şirkəti: “Bizim satışlarımız ötən ilin son rübündə rəsmi olaraq iki dəfə azalıb” – deyə açıqlama verib.

  Hədəflənən ikinci şirkət "McDonald's" qeyd etdi ki, satış departamentində maliyyə itkisi ilə yanaşı, françayzinq satışı ilə yeni filialların açılması da xeyli azalıb.

Sionist rejimin Qəzzə zolağına hücumundan əvvəl McDonalds-ın Malayziyadakı filiallarının sayının 16 faiz artacağı gözlənildiyi halda, bu rəqəm hələ 1 faizə belə çatmayıb.

  Oxşar zərər hesabatları digər sanksiya tətbiq edilən şirkətlər arasında "Starbucks" və "Danone" tərəfindən də təqdim olunur.

  4204145

Teqlər: malaziya
captcha