IQNA

Kolumbiyanın Cənubi Afrikanın İsrailə qarşı soyqırım iddiasına müdaxilə tələbi

3:45 - April 08, 2024
Xəbər sayı: 3495757
İQNA - Kolumbiyanın Beynəlxalq Ədalət Məhkəməsindən (ICJ) sionist rejimin soyqırım konvensiyasını pozması səbəbi ilə Cənubi Afrikanın İsrailə qarşı açdığı işə müdaxilə etmək üçün müraciət etdiyini açıqlayıb.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, ICJ Kolumbiyanın bu məhkəmədən Fələstin xalqının təhlükəsizliyi və varlığına zəmanət verməsini tələb etdiyini açıqlayıb.

Bu Məhkəmə dövlətlərə baxılan işlərə müdaxilə etmək və öz fikirlərini bildirmək imkanı verir.

Daha əvvəl Nikaraquanın müdaxilə tələb etdiyi açıqlanmışdı. Bir çox ölkələr də bu işə qoşulmaq istəklərini bildirdilər.

Keçən həftə Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri işğalçı rejimə vacib qidaların Qəzzada fələstinlilərə gecikmədən çatmasını təmin etmək üçün bütün lazımi və təsirli tədbirləri görməyi əmr edib.

Cənubi Afrika, 29 dekabr 2023-cü ildə Qəzza zolağına etdiyi hücumlara görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş Soyqırım Konvensiyasından irəli gələn öhdəlikləri pozduğu səbəbilə İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində soyqırım iddiası qaldırıb.

Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının Qəzza zolağında soyqırımın qarşısının alınmasına dair Konvensiyasının pozulması ilə bağlı Cənubi Afrikanın şikayəti əsasında müvəqqəti qərar qəbul edib.

Bu qərarın mətninə əsasən, işğalçı İsrail rejimi Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməyə borcludur. Bu, məhkəmənin rəsmi saytında canlı yayımlanıb.

Sionist rejimin Qəzza zolağına qəddar hücumları davam edərkən, bu rejim fələstinliləri qətlə yetirməkdə, evləri dağıtmaqda, tibb qrupları və jurnalistləri hədəfə almaqda davam edir.

4208892

captcha