IQNA

Qüds Rum Pravoslav Kilsəsi Qəzzaya həmrəylik əlaməti olaraq Qüdsdə bayram şənliklərini ləğv edi

6:13 - April 21, 2024
Xəbər sayı: 3495816
İQNA – Qüds Rum Ortodoks Kilsəsi İsrailin Qəzzaya hücumları səbəbilə Palm Bazar günü, Mübarək Cümə və Pasxa bayramlarının ləğv edildiyini və yalnız dini ayinlərin keçiriləcəyini açıqlayıb.

Kilsə tərəfindən builki qeyd etmələrlə bağlı verilən açıqlamada, "Qəzzada davam edən müharibə səbəbiylə Müqəddəs Torpaqların şahidi olduğu mövcud şərtlər işığında, bu ilki qeyd etmələrin əsrlər boyu Qüdsdə tətbiq edilən status-kvo qaydaları ilə məhdudlaşacağını elan edirik" ifadələri bəyan edilmişdir.

Bəyanatda digər bölgələrdə olduğu kimi kilsələrin qapılarında dini ayinlərdən başqa heç bir mərasim olmadan müqəddəs nurun paylanacağı bildirilib və əlavə edilib: "Mövcud vəziyyət və müqəddəs torpaqlarda hökm sürən dərin hüzn Müharibə qurbanlarının dərdini paylaşmağın və duaya kifayət qədər vaxt ayırmağın əhəmiyyətini çatdırır" ifadələrdən istifadə olunub.

Fələstindən və dünyanın bir çox yerindən minlərlə xristian İsa Məsihin (ə) Qüdsə daxil olmasını hər il işğal altındakı Şərqi Qüdsdə Palm Bazar günü kimi qeyd edir.

Xristianlar tərəfindən “Pasxa gecəsi” də adlandırılan müqəddəs şənbə İsa Məsihin (ə) çarmıxa çəkildikdən sonra dirilməsini simvolizə edən Pasxa bayramından əvvəl qeyd olunur.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla 34 min 12 fələstinli həyatını itirib, 76 min 833 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

captcha