Nigeriya İslami Hərəkatının Rəhbəri Şeyx İbrahim Zəkzəki Nigeriyada bəzi dini qurum rəsmiləri və ictimai fəallarla görüşündə "Sadiq Vədə" əməliyyatına toxunaraq, "İranın İsrailə hücumu dünyanın hər yerində bütün inanclara mənsub məzlum insanların qəlbində ümid yaradıb" dedi.
İran İnqilab Keşikçiləri Korpusunun İsrailə hücumunun bu rejimin daha çox cinayət törətməsinə mane olacağını vurğulayan Zəkzaki, "bu hücumun mesajı o idi ki, bu rejim indiyə qədər bizi təhdid edirdisə, onların bizim təhdidimizi dadmaq vaxtıdır" dedi.
Nigeriya İslami Hərəkatının Rəhbəri, "Bəzilərinin beynində yerləşmiş İsrailin məğlubedilməzliyi illüziyası İranın bu rejimə hücumu ilə darmadağın edildi və düşünülənlərin xəyaldan başqa bir şey olmadığını göstərdi" dedi.