IQNA

İtaliyalı İslamşünas: "ƏRBƏİN fövqəl-məzhəb bir mərasimdir"

7:15 - October 19, 2019
Xəbər sayı: 3485987
"Mənim fikrimcə ƏRBƏİN  mərasiminin beynəlxalq cəmiyyətə tanıtdırılması üçün daha çox çalışmaq və araşdırma aparmaq lazımdır, çünki bu mərasim dünyaya tanıtıdırılması zəruri olan bir fenomendir".  

İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin Əllamə Təbatəbai (r.ə) universitetinin elmi heyətinin üzvü və İtaliyalı İslamşünas alim Raffaele Mauriello İQNA ilə müsahibəsində ƏRBƏİN ziyarəti mərasimini və bu mərasimdəki piyada yürüşü sülh öyrədən bir fenomen, insanları birləşdirən, həmrəy edən bir amil, həyatı din və mənəviyyata xalisanə həsr etmək simovlu və fövqəl-məzhəb bir addım adlandırıb.

Tehran şəhərinin Əllamə Təbatəbai (r.ə) universitetinin elmi heyətinin üzvü Avropalıların ƏRBƏİN mərasimi ilə tanışlığı tarixinə işarə edərək dedi: Bundan öncə, yəni Səddamın diktatorluğu dövründə Avropalılar İraq barədə aydın təsəvvürə malik deyildilər, onların bu möhtəşəm əzadarlıları barədə məlumatları yox idi, amma Amerikanın İraqa hücumundan sonra şiələr məzhəbi ayinlərinin icrasında azadlıq əldə etdilər və tədriclə onların dini mərasimləri, xüsusi ilə də Aşura və ƏRBƏİN əzadarlıqları Avropa medialarında qismən işıqlandırıldı.

O əlavə etdi: Əlbəttə Avropalılar daha çox elə təsəvvür edirdilər ki, bu mərasimdə təkcə İraq şiələri iştirak edirlər. ƏRBƏİN mərasiminin beynəlxalxq bir ayin olduğundan və bu yürüşün ümdə bir qisminin qeyri-İraqlılar tərəfindən təşkil edildiyindən çoxlarının məlumatı yoxdur.

Əllamə Təbatəbai (r.ə) universitetinin elmi heyətinin üzvü və İtaliyalı İslamşünas alim Raffaele Mauriello qeyri-müsəlmanların bu mərasim barədə yanaşma, təsəvvür və hislərinə işarə edərək dedi: Fikrimcə ƏRBƏİN yürüşü mədəni baxımdan çox rəngarəngdir. Məsihilər (xristianlar) keçmiş zamanlarda qrup halında ziyarətlərə gediblər. Buna görə də ƏRBƏİN ziyarəti kimi hadisələr Avropa xristianları üçün tanış və dərk edilən bir məsələdir. Əlbəttə ƏRBƏİN yürüşünü baş dinlərdəki heç bir ziyarət ilə müqayisə etmək olmaz. Bu mərasimdə zəvvarların say çoxluğu və ziyarətin qüsursuz idarə edilməsi insanı heyrətləndirir.  

Avropalıların ƏRBƏİN mərasiminə baxışını və bu mərasimin müxtəlif yönlərini açıqlayan alim vurğuladı: ƏRBƏİN mərasimi barədə daha çox araşdırma aparılmalı və mediada daha çox işıqlandırılmalıdır ki, bu işin mənəvi cazibədarlığı qeyri-müsəlmanlar üçün daha çox aydın olsun. Biz iki ildir ki, İran və İraqda beynəlxalq ƏRBƏİN konfransı təşkil edirik. Gələcəkdə bu konfransı Avropa universitetlərinin həmkarlığı ilə Avropa ölkələrində keçirmək niyyətindəyik.

ƏRBƏİN mərasiminin Avropalılar üçün cazibədarlıqlarından danışan alim əlavə etdi: ƏRBƏİN mərasimi həm mənəvi baxımdan və həm də fiziki baxımdan cazibəlidir. Milyonlarla insanın uzun bir məsafəni qət edərək İmam Hüseyni (ə) ziyarət etməsi və bu ziyarət yollarında göstərilən xalisanə fədakarlıqlar bu fenomeni həm fiziki və həm də mənəvi baxımdan çox cazibədar edir. İnsanlar ƏRBƏİN mərasimində öz gündəlik işlərini və maddiyyatı bir kənara qoyurlar, həyatlarını dinə və mənəviyyata vəqf edirlər. Bu kimi işlər Xristinlıqda da xüsusi əhəmiyyət kəsb edir və məsihilər bu məsələni yaxşı dərk edirlər. Buna görə də biz bu mərasimdə xristianların da iştirak etdiyinin şahidi oluruq.

O sonda vurğuladı: Mənim fikrimcə ƏRBƏİN  mərasiminin beynəlxalq cəmiyyətə tanıtdırılması üçün daha çox çalışmaq və araşdırma aparmaq lazımdır, çünki bu mərasim dünyaya tanıtıdırılması zəruri olan bir fenomendir.  

https://iqna.ir/fa/news/3850540/

 

captcha