IQNA

Məddah Cəlal Cəfəri:

Uşaqlıqdan məddah olmağı arzu edirdim

19:20 - September 03, 2020
Xəbər sayı: 3488039
Azərbaycanın Əhli-beyt (ə) məddahı Cəlal Cəfəri, qeyd edibdir ki, təsirləndiyim və təqlid etdiyim ustad olaraq Baqir Mənsuridir. Uşaqlıqda mərsiyyə ve növhəyi biləndən ona qulaq asmışam.

İQNA xəbər verir ki, bütün dünyada Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin əzadarlığı keçirildiyi bu günlərdə sosial şəbəkələr məddahların əzadarlığa aid əsərlərinin yayılması üçün münasib fürsət və platforma yaratmışdır.

Əzadarlıq günlərində əsərləri sosail şəbəkələrdə geniş izləyici kütləsi qazanmış məddahlardan biri də Cəlal Cəfəridir.

Azərilər tərəfindən sevilən və izləninlən bu Əhli-Beyt (ə) məddahı IQNA-ya müsahibə verib.

Aşağıda müsahibənin tam mətnini təqdim edirik.

İQNA: Məddah olmağınıza səbəb və motivasiya nə olub?

Məddah olmağıma səbəb Allah ve Əhli-beytin (ə) lütfü, nəzəri və inayəti olub. Allah, Məhəmməd Baqir Mənsuri-yə rəhmət eləsin. Onun məddahlıqlarına çox qulaq asmışam. Əvvəllərdə istədiyim kimi oxuya bilmirdim, amma şükür olsun Allah lütf elədi bu işi bacardım və indi Əhli-beytə (ə) xidmət edə bilirəm.

İQNA: Məddahlığa nə vaxtdan peşəkar formada başlamısız?

Mən məddahlıqda tələbəlik üçün Ərdəbil-ə getdim. Orada Ustad Seyid Məhəmməd Amuli və Hacı Şəhruz Ərdəbili kimi böyük ustad məddahlardan dərs almağa başladım. Ustad Baqir Mənsuri ilə də görüşlərimiz olmuşdu. Bir müddət orada qaldıqdan sonra 2017-də Azərbaycana qayıtdım. Həmin ildə May ayının 6-sında yəni öz doğum günündə məddahlığa peşəkarcasına başladım.

İQNA: Əhli-Beyt (ə) məddahı olmaq sizin şəxsi həyatınıza nə kimi təsirlər qoyub?

Açığı, mən özümə Əhli-beyt (ə) məddahı deyə bilmərəm. O sözü mənə ancaq Allah və Əhli-beytin (ə) özü verə bilər. Hayatımda çoxlu dostlar və çoxlu hörmət qazandım. Allah imtahanlar göndərir, inşallah imtahanlardan üzüağ çıxmağa çalışacağıq. Çoxlu insanların düz və pisini tanıdım. Elə pislər var, yaxşıymış mən bilmirmişəm, elə yaxşılar da var, pisiymiş bilmirmişəm. Əlbəttə bunları Allah hər kəsdən daha yaxşı bilər.

İQNA: İndiyədək icra etdiyiniz mədhiyyə və ya mərsiyyələrdən və ya hazırladığınız kliplərdən hansı birini daha çox sevirsiz, nə üçün?

Əhli-beyt (Ə) haqqında hansı ifalar varsa hamısı sevilməlidir inşallah. İstər mən oxuyum, istər başqa birisi. Orada Allah, İmam Hüseyn (ə), Əhli-beyt (ə) və 14 məsumun adı varsa gözəldir. Amma əyər sizin bu sualınıza cavab olaraq bir mərsiyyənin adını verməliyəmsə indiyə qədər icra elədiyimdərdən `Hüseyn (ə) gəl nə olar` mərsiyəm mənə çox təsir edir.

kod

İQNA: Əgər sizdən soruşsalar ki, "bir məddah olaraq ən böyük arzunuz nədir", cavabınız nə olar?

Ən böyük arzumuz deyəndə bizim birinci duamız İmam Zaman ağanın (ə.f.) zühur eləməsidir. Normal dünyəvi dualara qalsa yenə də duam dünyəvi deyil. Mənim uşaqlıqdan bir duam var idi ki Əhli-beytə (ə) xidmət edim, məddah olum. Mən də oxuyum, Mənim də kliplərim olsun. Uşaqlıq vaxtı dualarımız əlbəttə bu dualar olurdu. Şükür Allaha ki yavaş yavaş dualarımız qəbul olunur.

İQNA: Təsirləndiyiniz, təqlid etdiyiniz və onu özünüzə nümunə seçdiyiniz bir məddah adı deyə bilərsinizmi?

Təsirləndiyim və təqlid etdiyim ustad olaraq Baqir Mənsuri adını verə bilərəm. Uşaqlıqdan mərsiyyə ve növhəyi biləndən ona qulaq asmışam. Bir də Şahin Cəmşidpurun çox gözəl səsi var, ona qulaq asmışam və onun dəstixətti ilə oxuyaram.

İQNA: İranlı məddah və rövəzxanlar arasında ən çox kimi sevirsiniz?

Hər şeydən əvvəl qeyd etməliyiəm ki, məncə İranlı və Azərbaycanlı deyilən bir məddahiyyət yoxdur. Məddah, Əhli-beytin (ə) ve İslam dininin məddahıdır. İranda Baqir Mənsuriyə Allah rəhmət eləsin ən sevdiyim məddah idi. Hal-hazırda da mənə ən xoş olan məddah yaxın dostum və qardaşım kimi olan Əbasəlt İbrahimidir.

İQNA: Əhli-beyt (ə) məddahı olaraq, xüsusi ilə də indiki şəraitdə İslam dünyası və müsəlmanlar üçün nə kimi mesajınız və tövsiyəniz var?

Mən heç vaxt özümü o dərəcədə bilmərəm ki tövsiyə verim. Amma sadəcə bir fikir bildirə bilərəm ki Əhli-beyt (ə) yolunda kimlər can qoyursa on dəfə yüz dəfə xidmət edirsə o xidmətə sağ ol deməsəz də ən azından bir dəfə səhv eləsə çalışın ki onun bir səhvi ilə yüz dənə elədiyi yaxşılığı aradan götürməyin. Bu gün Allah qaldırsa birini onu dünya əl atarsa sala bilməz aşağı. Amma Allah yerə salanı da heç kim qaldıra bilməz. Demək istədiyim odur ki insanlar pis pis fikirlər yazmasın. Kimsənin qeybətini qırmasın. Qeybət qıran insan özünə hörmət eləmir.

captcha