IQNA

Ərdoğan hakimiyyəti İslamı öz siyasətlərinə alət edib

8:55 - September 26, 2020
Xəbər sayı: 3488193
Tehran (IQNA)  - İsveçin Stokholm Universitetinin Türk Araşdırmaları İnstitutunun müəllimi xanım Prof. Jenny White Türkiyə ilə bağlı fikirlərini IQNA-ya göndərdiyi yaddaştda qeyd edib.

İsveçin Stokholm Universitetinin Türk Araşdırmaları İnstitutunun müəllimi xanım Prof. Jenny White IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) üçün göndərdiyi bir yaddaştda qeyd edib:

Ayasofiya muzeyinin məscidə çevirilməsi Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın İslamdan və Osmanlı imperiyasının irsindən yavaş-yavaş ondan uzaqlaşmaqda olan cəmiyyətin dəstəyini qazanmaq üçün alət kimi istifadə etmək çabasıdır.

Baxmayaraq ki, Türkiyənin Ədalət və Rifah partiyasının bir çox məşhur simaları dindar görsənirlər, amma onlar hakimiyyətlərini qüdrətləndirmək və bu qüdrəti qorumaq üçün İslamı alət ediblər və dindən sui-istifadə edirlər.

Türkiyədə 1923-cü ildə "cümhuriyyət" yaranandan sonra İslam və dindarlıq dövlətin kontrolu altında idi. Böyük işlər dindar kasıb təbəqənin deyil, sekulyar brokratların əlində idi. Yeni cümhuriyyət Osmanlı dini və dünya görüşünə deyil, daha çox Orta Asiyadakı türkçülüyə və xetizmə dayanırdı.

Buna görə də 70-ci illərədək dindarlıq fərdi idi. Sufi məclisləri qadağan edilmişdi. Sufilər gizlində məclis ayinlərini yaşadırdılar.      

İslama meyilin artması Türkiyədə Nəcməddin Ərbəkanın vaxtından başladı. 1950-ci illərdən sonra kəndlərdən şəhərlərə gələn dindar fəhlələr və işçilər şəhərlərin sekulyar tərkibini dəyişərək diniləşdirdilər. Ərbəkan partiyası həmin dindarlara arxalandı və cəmiyyətə aşıladı ki, onlar həm dindar və həm də məsuliyyətli işçi olar bilr. O, Osmanlı xatirələrini diriltdi. Dövlət işlərində problem yaradan hicab məsələsini həll etdi.  

Mərhum Ərbəkan İslam dövləti yaratmaq istəmirdi, amma istəyirdi ki, böyük ticarət şirkətləri və milli iqtisadiyyat dindarların əlində olsun.

حزب عدالت و توسعه ترکیه و استفاده ابزاری از اسلام

Ərbəkanın partiyasından ayrılan Ədalət və Rifah partiyası həmin illərdən cəmiyyətdə yaranan İslamçılıq meyillərindən siyasi istifadə etməyə başladı. Hicab qadağasını ləğv etdirərək cəmiyyətdə dindarlar arasında nüfuz qazandı.

Amma bu günlərdə Ərdoğanın partiyası öz nüfuzunu yavaş-yavaş itirir. Çünki öncəki sekulyar və laik partiyaların hakimiyyətləri dönəmindəki ədalətsizliklər yenə də təkrarlanır. Cavanlar köhnə partiyaların deyil, Ərdoğan partiyasının zülmünü görüblər və tanıyırlar. Hakim partiyanın İslamı öz siyasətlərinə alət etməsində yorulublar. Xalq hakim partiyanın başında olanların və onların yaxınlarının hər gün varlandıqlarını və fəsadlarını görürlər. Cavanlar iş tapa bilmirlər. Cavanlar Allaha inanırlar, amma heç bir təşkilatlanmış dinə maraqları yoxdur.

Osmanlılar 1453-cü ildə Konistantinopolu fəth etdikdə Ayasofiya kilsəsini məscidə çevirdilər. Atatürk onu muzeyə çevirdi. Ərdoğan isə itirilmiş nüfuzunu geri qaytarmaq üçün muzeyi yenidən məscidə çevirdi.  

Amma görünən budur ki, bu siyasət də ən azından yeni cavan nəsilə təsir üçün həll edici rol oynamayacaq, İslam Türkiyənin iqtisadi süqutunun, işsizliyin və ətraf mühitin korlanmasının qarşısını ala bilməyəcək.

Ərdoğan hakimiyyəti əldə saxlamaq üçün qərbə sarı yönələcək. Necə ki, Çin ilə əlaqələrini qorumaq üçün Sincanda yaşayan müsəlman uyğur türklərinin soyqırımını görməzdən gəlir. /3924067

Teqlər: Ərdoğan ، ərbəkan ، İslam ، rifah ، ədalət ، uyğur
captcha