IQNA

İmam Rzanın (ə) şəhadətinin ildönümü gecəsində xütbəoxuma mərasimi

19:47 - October 17, 2020
Xəbər sayı: 3488384
İslam Peyğəmbərinin (s) vəfatının və İmam Həsənin (ə) şəhadətinin ildönümü ilə eyni vaxtda, İmam Rzanın (ə) şəhadətinin ildönümü gecəsi Qüds Rəzəvi ostanında bir xütbəoxuma mərasimi təşkil edilib.

İmam Rzanın (ə) şəhadəti münasibətilə xütbə oxuma mərasimi şam və xiftən namazından sonra höccətül-İslam Şeyx Əhməd Mərvi və bir prup xidmətçi ilə Qüds Rəzəvi ostanının İslam İnqilabının həyətində edilib.

Sözügedən mərasim, koronavirus pandemiyası səbəbindən sağlamlıq qaydalarına riayət etmək üçün məhdud şəkildə təşkil edilib.

Mərasimin əvvəlində Hacı Vəliyullah Kəlami Zəncani İmam Rza (ə) haqqında şeirlər və mərsiyələr oxuyub, daha sonra Qüds Rəzəvi ostanının qəyyumu höccətül-İslam Şeyx Əhməd Mərvi xuddamlar qarşısında çıxış edib.

Mərasim əsnasında əllərində çıraq tutan xuddamlar, mərsiyə oxuyub, əza saxlayaraq xüsusi xütbəni oxumağa başlayıblar.

Qüds Rəzəi ostanında Aşura günü və İmam Rzanın (ə) şəhadətinin ildönümündə təşkil edilən xütbəoxuma mərasimi 300 illik bir tarixə sahibdir.

Qüds Rəzəvi ostanının İmam Xomeyni zalında da İmam Rzanın (ə) müsibətli şəhadəti münasibətilə matəmməclisi təşkil olunub. Mərasimdə koronavirus pandemiyası səbəbindən sağlamlıq qaydalarına riayət olunub. 

 

خطبه خوانی

 

 

captcha