IQNA

Radikal Çeçen müsəlman, fransalı müəllimin başı kəsdi

0:25 - October 18, 2020
Xəbər sayı: 3488390
Tehran (IQNA)  - Ötən gün (16 Oktyabr 2020) 18 yaşlı bir çeçen bir cavan Parisin 30 km-liyindəki bir kənddə 47 yaşlı fransalı müəllim Samuel Petini öldürərək başını kəsib.

Səbəb isə öldürülən müəllimin sinifdə İslam Peyğəmbərinin (s) karikaturasını şagirdlərə göstərməsi olub.

Hadisəni törədən Çeçen cavan öldürülüb və hadisə ilə bağlıı 9 nəfər həbs edilib.

Dünya Müsəlman Birliyinin baş katibi Şeyx Məhəmməd ibn Əbdülkərim İsa bu hadisəni məhkum edərək deyib: Terrorizm və zorakılıq bütün dinlərdə ən böyük cinayət sayılır. İnsanları bu kimi cinayətlərə sövq edən radikal ideologiyaların kökünün qurutmaq lazımdır.

O əlavə edib: Fransada müxtəlif dinlərdən və irqlərdən çoxlu insanlar yaşayır. Buna görə də Fransa hakimiyyəti cəmiyyətdə birliyi və tolerantlığı möhkəmləndirməli və dövləti idarə edənlər terrorizmin qarşısında dayanmalıdırlar.   /3929705

 

 

captcha