IQNA

Fransanın axtarışa verdiyi İŞİD-çi Türkiyədə tutuldu

0:26 - October 18, 2020
Xəbər sayı: 3488391
Tehran (IQNA)  - Təkfirçi və radikal vəhab-sələfilərdən ibarət İŞİD terror qruplaşmasının Fransa polisi tərəfindən axtarışa verilmiş qadın üzvü Türkiyənin cənubunda ələ keçirilib.

Bu barədə Türkiyənin təhlükəsizlik xidmətləri cari həftənin Cümə günü məlumat yayıb. Məlumatda deyilir ki, Fransanın axtarışa verdiyi İŞİD üzvü Süməyyə ər-Rəisi Adana şəhərində saxlanılıb.

Süməyyənin 30 yaşı var və əslən Tunislidir. Türkiyədə isə Suriyaya aid saxta sənədlərlə hərəkət edirmiş.  

Qeyd edək ki, Türkiyə 2013-cü ildən İŞİD-i terrorçu hesab edir. Bu təşkilat Türkiyədə bir neçə terror hücumu həyata keçirib.  Bunların arasında 10 dəfə intiharçı bombaçı hücumu, 7 dəfə bombalı hücum və 4 dəfə silahlı hücum baş vermiş və 315 nəfərin ölümünə və yaralanasına səbəb olub. /3929581

Teqlər: türkiyə ، İŞİd ، fransa
captcha