IQNA

Səudiyyə rejim qüvvələri 3 şiə qadını həbs edib

21:08 - October 19, 2020
Xəbər sayı: 3488399
Səudiyyə rejimi şiələr yaşayan rayonda keçirdiyi əməliyyatda 3 qadın həbs olunub. Həbs olunan qadınlar müxtəlif siyasi ittihamlarla saxlanılıb, mühakimə olunub və onların barəsində həbs qərarı çıxarılıb.
Səudiyyə hərbiçiləri Əhli-beyt (ə) ardıcılları yaşayan Qətif bölgəsində əməliyyat keçirib. Səudiyyə rejimi  hərbiçiləri Rəbiyə və Ümmülcəzm şəhərciyində  keçirdiyi əməliyyatda 3 qadın həbs olunub. 
Həbs olunan qadınlar müxtəlif siyasi ittihamlarla saxlanılıb, mühakimə olunub və onların barəsində həbs qərarı çıxarılıb.
Əhli-beyt (ə) ardıcılları Ərəbistan cəmiyyətinin 20%-ni təşkil edirlər və onlar Ərəbistanın şərq məntəqəsində yaşayırlar. Əhli-beyt (ə) ardıcılları əsasən, iki əyalətdə: Əl-Əhsa və Qətif əyalətlərində məskunlaşıblar. 
captcha