IQNA

Onluq qiraət barədə yazılmış səlis, sadə və asan öyrənilən bir kitab

14:00 - July 23, 2021
Xəbər sayı: 3490354
Qurani-Kərimin qiraətləri mövzusunda yazılmış qiymətli kitablardan biri də İraqlı İslami araşdırmaçı Dr. Fəxri Sudxan əl-Ükəylinin qələmə aldığı "əd-Dürər fil-qiraatil-əşər" kitabıdır.

Qurani-Kərimin qiraətləri mövzusunda yazılmış qiymətli kitablardan biri də İraqlı İslami araşdırmaçı Dr. Fəxri Sudxan əl-Ükəylinin qələmə aldığı "əd-Dürər fil-qiraatil-əşər" kitabıdır.

Bu kitab Qurani-Kərimin məşhur onluq qiraət adlanan qiraətləri mövzusunda yazılmış tədris kitablarının xülasə, asan öyrənimli olması və səlislik baxımından ən gözəlidir.

Dr. Fəxri Sudxan əl-Ükəyli 1956-cı ildə İraqın paytaxtı Bağdad şəhərində anadan olub. İngilis dili və ədəbiyyatı üzrə doktorluq müdaifə edib. Həmçinin Qurani-Kərimin Həfsin Asimdən rəvayəti və onluq qiraəti üzrə şəhadətnamə və Qum Elmi Hövzəsindən Quran qiraəti üzrə hakimlik sertifkatı alıb.

بررسی ویژگی‌های کتاب قرآنی «الدرر فی القراءات العشر»

O, beynəlxalq Qurani-Kərim yarışlarında, o cümlədən İranın 36-cı beynəlxalq Quran yarışlarında və İraqın daxili Quran yarışlarında hakimlik edib.

Dr. Fəxri Sudxan əl-Ükəyli bir çox elmi məqalələrin və kitabların müəllifidir. Quranın muğam üslubları və qiraət növləri barədə elmi məqalələr və kitab sahibidir.

O, IQNA-ya (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi müsahibədə kitabı barədə danışaraq deyib:

Qurani-Kərimin onluq qiraəti barədə qədim dövrdən bir çox alimlər kitab yazıblar. Onlardan "İbn Mücahi", "əd-Dani" və əş-Şatibi"yə işarə etmək olar.

Qədimdən başlayan bu elmi araşdırma müasir dövrdə də davam edir və bir çox alim hər biri öz metodu ilə bu məsələ barədə kitab və məqalə təlif etmişdir.

Quranın qiraəti Quran elmləri arasında əhəmiyyətli elmlərdən biridir. Bu mövzuda bir çox kitablar mütaliə etdim. Amma bu kitabları tələbələrə və müxatəblərimə öyrətmək istədiyim qiraət mövzusu üçün yetərli görmədim. Çünki tələbələrə sadə və yığcam formada yazılmış bir kitab lazımd idi.

Buna görə də tələbələr üçün 4 fəsldən ibarət əd-Dürər fil-qiraatil-əşər" kitabını təlif etdim.

Kitabda qiraət və bu elmin mənşəyi və bu elmdə işlənən terminlərdən birinci fəsildə danışdım, qiraətlərin vücuda gəlməsi, İmam Əlinin (ə) Quranı toplaması üçün etikaf saxlamsını, Quranın Əbu Bərk və Osmanın zamanında toplanmasını açıqladım.

İkinci fəsildə Nafe, İbn Kəsir və Əbi Ömər kimi qarilərin qiraət metodlarını araşdırdım.

Üçüncü fəsildə Şamlı və Kufəli qarilərin qiraət əsaslarını açıqlamağa çalışdım.

Dördüncü fəsildə isə qiraət yolunu və bu elmi davam etdirən qari və alimlərin barəsində yazmışam.

بررسی ویژگی‌های کتاب قرآنی «الدرر فی القراءات العشر»

Ümumilikdə kitabda şaz və nadir qiraətlər, Quranın rəsmül-xətti, qiraətlərin tarixi, müshəflərin yazılma kefiyyəti, bölgə dialektlərinin tilavətdə təsiri, qiraət terminlərinin (təshil, ibdal, "yai-zaid" və sair izahı, İbn Kəsir, Nafe və Əbu Əmrin eşitmə növü ilə rəvayətləri, Şam (Abdullah bin Amir), Kufə (Asim ibn Əbin-Nəcvəd, Həməz Ziyyat, Kəsayi) və Təriqud-Dərrə (Əbu Cəfər Mədini, Yəqub əl-Həzrəmi, Xələf bin Hişam) qarilərinin metodları və sair mövzulara aydınlıq gətiriblib.

Bu 270 səhifəlik kitabda onluq qiraət, qarilər və qiraətin tarixi və metodları barədə yığcam, təkrarsız, asan öyrənimli və xüsusi olaraq dini tələbələr üçün qiraət elmləri izah edilib. / iqna

بررسی ویژگی‌های کتاب قرآنی «الدرر فی القراءات العشر»

 

captcha