IQNA

Ayətullah Ustadi: "Aşuranın bütün dövrlər üçün deməyə yeni sözü var"

19:29 - August 13, 2021
Xəbər sayı: 3490510
Ayətullah Rza Ustadi: "İmam Hüseynin (ə) dastanı iki cəhətli bir məcmuədir və başdan ayağa dərsdir və örnəkdir. Amma bəzi işlər var ki, onların İmamın (ə) özünə məxsusdur"

İran İslam Respublikasının Müqəddəs Qum Ali Dini Hövzəsinin Ustadlar Cəmiyyətinin üzvü Ayətullah Rza Ustadi matəm günlərinin başlanması münasibəti ilə IQNA-ya (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi müsahibəsində vurğulayıb:

 

"Həzrət İmam Hüseynin (ə) qiyamı və Aşura hadisəsi tarixin ən böyün fenomenlərindən biridir. Bu əzəmətli qiyamın bəşəriyyətin bütün dövrləri üçün deməyə yeni sözü və yeni proqramı var, buna görə də bu hadisəyə (həm hər zaman yad edilməsi və həm də düzgün çatdırılması baxımından) heç bir halda zərər yetirilməməlidir".

 

Aşura tarixini analiz və təhlil edən araşdırmaçı alim Ayətullah Rza Ustadi müsahibəsində bu qiyamın müxtəlif cəhətlərinə aydınlıq gətirib. Həmin müsahibənin xülasəsini təqdim edirik:

 

İQNA: Həzrət İmam Zeynülabidinin (ə) zamanından sonra məsum imamlarımız (ə) Kərbəla dastanını bəşəriyyət üçün ibrət dərsi olaraq tanıtdırırdılar, çalışırdılar ki, bu hadisə müsəlmanların həyatında tərbiyəvi və siyasi təsirə malik olsun və İslam cəmiyyəti üçün yaşam meyarına çevirilsin. Belə olan halda İmam Hüseynin (ə) qiyamını elə təfsir etməliyik ki, bu zamanda da bizə faydalı olsun və bizim üçün meyar və tərbiyə mənşəyi olsun. Digər tərəfdən isə deyirlər ki, Kərbəla qiyamı Allahın fərmanına əsasən və İlahi bir əmrlə olmuşdur. Belə olan halda hadisə öz zamanında məxsus olacaq və digər zamanlar üçün meyar sayıla biləməyəcək.

Cənab ustad, sizin fikrinizcə Aşura hadisəsinin hansı təfsiri daha doğurudur?

 

Ayətullah Rza Ustadi: "İmam Hüseynin (ə) dastanı iki cəhətli bir məcmuədir və başdan ayağa dərsdir və örnəkdir"

 

Aşura məsələsində dediyiniz hər iki xüsusiyyət bir-birinin yanında yer alıb. Aşura hamı üçün öyrədici və ibrətverici bir hadisə olduğu kimi, həm də İlahinin əmri ilə baş verən bir macəradır.

İmam Hüseynini (ə) dastanı iki tərəfi olan bir məcmuədir. İslam dinində elə yerlər var ki, insan öz dinini müdafiə etmək və ya yaymaq üçün öz həyatını fəda edir. İmam Hüseyn (ə) Aşura qiyamı ilə bu prinsipi aşkar etdi və yaşatdı.

Əgər biz İmam Hüseynin (ə) qiyamını özümüzə meyar və nümunə hesab ediriksə, İmam Hüseynin (ə) o çox çətin dönəm və şəraitdə necə rəftar etdiyini, öz işini haradan başlayıb, harada tamamladığını və hərəkatı boyunca nələri sözü və sirəsi ilə önə çəkdiyini  öyrənməliyik ki, biz də həmin proqramı həyatımızda icra edə bilək.

Əlbəttə burada bəzi məsələlər də var ki, təkcə İmam Hüseynə (ə) məxsusdur və başqalarının əməl edəcəyi və ya bacaracağı bir şey deyil. Məsələn, az bir dəstə ilə xüsusi bir yerdə xeymə qurması, övladları və ənsarlarının məlum vəziyyət ilə şəhid edilməsi. Buna görə də bu məsələnin zahirinin bizə ülgü olduğunu düşünmürəm.

Aşura qiyamı İlahi tərəfindən öncədən müəyyən olunmuş bir proqramdır, baxmayaraq ki, bu tarixi hadisənin bir çox cəhətləri və bir sıra pazelləri bizə gəlib çatmayıb və bizə qaranlıqdır, amma bununla belə bizə məlum olan qədəri hamı üçün meyar və ülgüdür və Aşura qiyamında hər kəsə ibrət dərsi vardır. Çünki İmam Hüseyn (ə) işi elə apardı ki, hətta imamətə etiqad etməyənlər və qeyri-müsəlmanlar da onun işini ağıllı və məntiqli hesab edirlər.

 

IQNA:  Buyurusunuz ki, Kərbəla hadisəsinin bəzi məsələləri təkcə Əhli-Beytə (ə), xüsusilə də İmam Hüseynə (ə) məxsusdur və hamı üçün ümumiləşdirilə bilməz. Aşura qiyamının həmin hissəsindən insanlar ibrət dərsi də ala bilməzlərmi? Məsələn, bu dərsi ki, Allah Rəsulunun (s) uca məqamlı və əzəmətli nəvəsi haqqı dəstələmək məqamı gələndə öz canınından və hər şeyindən o şəkildə keçə bilir.

 

Ayətullah Ustadi: "Əhli-Beytin (ə) həyat tərzi onların özünə məxsusdur, eyni halda hamı üçün örnək və ibrət dərsidir".

 

Bəli. Bu tamamilə doğrudur. Bunun üçün Əhli-Beyt (ə) imamlarının həyatında çox nümunə göstərmək olar. Məsələn, İmam Əlinin (ə) fədəkarlıqları misilsizdir. Biz onun həyat tərzindən ibrət alırıq. Amma borc pul ilə un alıb, çörək bişirib və sonra da özü və ailəsini ac saxlayaraq həmin çörəyi dilənçiyə vermək Əhli-Beytə (ə) məxsusdur. Bu hadisə bizə səxavət, comərdlik, infaq, ehsan və ehtiyaclılara kömək dərsi öyrədir, amma həmin hadisənin yüz faiz eynini xırdalıqları ilə həyata keçirmək Əhli-Beytə (ə) məxsusdur. Hansı ki həmin xırdalıqları biz yüz faiz anlaya bilmirik, hamısına tabe olmaq gücündə deyilik. Buna görə biz Əhli-Beytin (ə) sirəsini və həyat tərzini tədris və ya təbliğ edərkən nəzərə almalıyıq ki, bəzi şeylər bizim üçün və ümum kütlə üçün rahatlıqla həzm olunan və dərk edilən deyil. Qeyri-məsum insanlar həmin məsələləri təhlil, analiz və onlara əməl etmək gücündə deyildirlər.

Məsələn, öz alimlərimizdən biri Həzrət Əbulfəzl Abbasın (ə) suya əli çatdığı halda su içməməsini dərk və təhlil edə bilməmiş və irad etmişdi ki, nə üçün susuz bir adam suyu əldən etdikdən sonra su içməsin, nə fərq edir suyu xeymədəkilərə çatdıra biləcək, ya yox? Bəzi səthi düşüncəsi olan alimlər də məsələni məntiqi hesab etmədikləri üçün deyiblər ki, bu hadisə baş verməyib, bunu deməyin. Halbuki bu iş alicənbalığın və mərdliyin kamal nöqtəsidir. Elə bir məqamdır ki, məsum və ya ismət məqamına çox yaxın insanlar bunu bacararlar, sıradan insanlar üçün isə bu əlçatmaz bir məqamdır, onlar hətta bunu məntiqsiz bir iş hesab edirlər.

 

Ayətullah Ustadi: "Kərbəla dastanı başdan ayağa həyat dərsidir".        

 

Alimlərimiz həmişə mənbərlərinin sonunda İmam Hüseyn (ə) qiyamına keçid ediblər, Kərbəladan danışıblar. Çünki Kərbəla məktəbində hər zaman hamı üçün öyrənilisi ibrət dərsləri var. Və bacarıqlı və savadlı bir dini natiq bu hadisədən insanların hidayəti üçün ən kamil istifadəni edir. Məsələn, namazın əhəmiyyətini yetirmək üçün Kərbəlada qılınan namazdan daha yaxşı nə ola bilər? Amma bu namazın oxlar qarşısında qılınması təkcə İmam Hüseynə (ə) aiddir. Bu işin (oxlar qarşısında dayanıb namaz qılmağın) başqaları üçün örnək olması barədə susmağı tərcih edirəm.

Buna görə deyirəm ki, Kərbəla hadisəsinin, ümumiyyətlə Əhli-Beytin (ə) sirəsində hamı üçün ibrət dərsi və öyrəniləsi bir şeylər var, amma onların bütün sirəsi və əxlaqi xüsusiyyətləri hamı üçün əlçatımlı deyil və bəzi əməllər onların özünə məxsudur. Onlar bir çox böyük işlər görüblər və başqaları o işləri görə biləcəklərini heç düşünməsinlər də.  /iqna

    

captcha