IQNA

Məsciddə bu böyük cinayəti törədənlər cəzalandırılmalıdır

16:00 - October 10, 2021
Xəbər sayı: 3490934
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qunduz əyalətinin Xanabad bölgə məscidində çoxlu sayda namaz qılan möminin ölümü ilə nəticələnən acı və dəhşətli partlayışla bağlı başsağlığ mesajı verib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qunduz əyalətinin Xanabad bölgə məscidində çoxlu sayda namaz qılan möminin ölümü ilə nəticələnən acı və dəhşətli partlayışla bağlı başsağlığ mesajı verib.

Əfqanıstanın Qunduz əyalətində məsciddə baş vermiş dəhşətli partlayış hadisəsi və nəticədə çoxlu sayda namaz qılanın həlak olması münasibətilə müraciət ünvanlayan İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bu böyük cinayəti törədənlərin cəzalandırılması və belə bir faciənin təkrarlanmasının qarşısının alınmasının zəruri olduğunu deyib.

Az.shafaqna.com bəyanatın mətnini təqdim edir:

“Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Qunduz əyalətinin Xanabad bölgə məscidində çoxlu sayda namaz qılan möminin ölümü ilə nəticələnən acı və dəhşətli partlayış bizi kədərləndirdi.

Qonşu və qardaş olan Əfqanıstan dövlətinin rəhbərliyindən bu böyük cinayətin qana susamış səbəbkarlarını cəzalandıracaqlarına və bu cür faciələrin təkrarlanmaması üçün lazımi tədbirlər görəcəklərinə ümid edirik. Allah-taaladan bu hadisədə şəhid olmuş insanlara rəhmət və ali dərəcələr, xəsarət almış insanlara şəfa və onların yaxınlarına səbr və təmkin diləyirəm.

Seyid Əli Xamenei”

Teqlər: rəhbər ، xamenei ، Qunduz ، təsliyət ، terror
captcha