IQNA

Misrli cavan yeni tilavət metodunda uğur qazanıb - VİDEO

8:55 - October 11, 2021
Xəbər sayı: 3490941
Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının 22 yaşlı tələbəsi və Quran hafizi İbrahim Məhəmməd əl-Bəyumi Qurani-Kərimin qiraətində yeni metod icad etməsi və tilavətdə yaradıcılığı ilə məşhurdur.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının 22 yaşlı tələbəsi və Quran hafizi İbrahim Məhəmməd əl-Bəyumi Qurani-Kərimin qiraətində yeni metod icad etməsi və tilavətdə yaradıcılığı ilə məşhurdur.

İbrahim Məhəmməd əl-Bəyumi Misrin əl-Qərbiyyə əyalətinin Zifta şəhərində yaşayır. O, anadan olduğu kənd məscidində Quranla ünsiyyətə başlayıb. Həmin məsciddə keçirilən dərslərdə Quranın yarısını hifz edib və 16 yaşında ikən Quranın hamısını əzbələyib.

Ustadı mərhum Şeyx Əli Xeyruddinin dəstəyi ilə Quranın hifzi və qiraətində inkişaf edib və Quran yarışlarına qatılıb.

İslam Dünyası Cavanlarının toplatısında Qurani-Kərimin hifzi və tilavət medotu üzrə birinci yeri qazanıb.

O həm də əl-Əzhər Universitetinin İqtisadiyyat fakültəsinin məzunudur. Hazırda Misrin elektrik enerjisi idarəsinin baş mühasibi işləyir. /  4003283

kod

موفقیت جوان مصری در سبک جدید تلاوت + فیلم

موفقیت جوان مصری در سبک جدید تلاوت + فیلم

 

Teqlər: quran hafizi ، hifz ، tilavət ، qiraət
captcha