ABŞ-ın 3-cü prezidenti Tomas Cefersona aid olan tarixi Qurani-Kərim nüsxəsi Dubaydakı “EXPO-2020” beynəlxalq sərgisində nümayiş etdiriləcək.
Bu, həmin nüsxənin ABŞ konqresi kitabxanasını tərk etdiyi ilk haldır.
Sözügedən nüsxə 2 cilddən ibarətdir və Corc Saylın 1734-cü ildəki tərcüməsidir.
Sərgidə Quranla yanaşı Məkkə və Mədinənin qədimi xəritəsi də nümayiş etdiriləcək.
Əntiq əşyalar mühafizə altında Dubaya gətiriləcək.
Qeyd edək ki, Cefferson 1801-1809-cu illərdə ABŞ prezidenti olub.
Ehtimal edilir ki, Cefferson Qurani-Kərimin həmin nüsxəsini universitetdə hüquq fakültəsində oxuyan zaman alıb. / 4003849