IQNA

Fransa daha bir məscidi bağladı

7:10 - October 15, 2021
Xəbər sayı: 3490980
Fransanın dövlət rəsmiləri cəmiyyətin islamiləşməsinin qarşısını almaq hədəfi ilə hazırlanmış layihənin icrası yönündə daha bir məscidi bağladılar.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın dövlət rəsmiləri cəmiyyətinin islamiləşməsinin qarşısını almaq hədəfi ilə hazırlanmış layihənin icrası yönündə daha bir məscidi bağladılar.

Bu dəfə hədəfdə Alen şəhərinin məscidi olub. Fransa dövlət rəsmiləri bu məscidi də radikal düşüncələri yayması bəhanəsi ilə qapadıblar.

Fransa dövləti bu barədə açıqlama verərək deyib ki, bu məscidə namaz qılmaq üçün toplaşan 300 nəfər radikal İslami qruplaşmaların üzvləri və ya onlara yaxın insanlardırlar.

Məsciddə insanla terrorizm, zorakılıq, irqçilik və şəriət hökmlərinin bərqərar edilməsinə təşviq olunurlar.

Bundan əlavə məscidin nəzdində fəaliyyət göstərən Quran hifzi müəssisəsi 110 Quran hafizinə silahlı cihaddın əhəmiyyətini aşılayır.

Buna görə də məscidin bağlanması barədə qərar verilib və məscidin təşkilat işləri ilə bağlı olan 8 nəfərin bütün əmlakı müsadirə ediləcək.  

Qeyd edək ki, 2020-ci ilin Sentyabr ayının 9-da Fransa dövləti müxtəlif bəhanələrlə müsəlmanların ibadət məkanlarını biri digərinin ardınca bağlayır. Keçən bir il ərzində 6 məscidin fəaliyyəti dayandırılıb. / 4004880

captcha