IQNA

İranda keçirilən Beynəlxalq Quran Müsabiqəsinin ən gözəl hadisəsi

19:46 - March 06, 2022
Xəbər sayı: 3491868
İranın 38-ci Beynəlxalq Qurani-Kərim Yarışmasının qadınlar bölməsinin livanlı hakimi bu yarışmanın ən gözəl hadisəsini onun üçün "Bir kitab, bir millət" şüarının seçilməsi adlandırıb və deyib: "Bu, İranın İslam birliyinə güclü önəm verməsinin göstəricisidir."

"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Quran Müsabiqəsi, İslam Dünyasının 7-ci Tələbə Müsabiqəsi və İslam Dünyasının 5-ci Korlar Müsabiqəsi martın 5-də Tehran İncəsənət Mərkəzinin Əndişə zalında bağlanış mərasimi keçirməklə öz işini yekunlaşdırıb.

Bu müsabiqənin şüarı "Bir kitab, bir millət" olub.

Bu müsabiqə Quranı bütöv əzbərləmək və Quranı tilavət etmək sahələrində böyüklər, qadınlar, tələbələr və korlar bölmələrində keçirilib.

İQNA-ya verdiyi müsahibədə Bilqeys Hərb Cəfər öz fəaliyyətləri ilə yanaşı, yarışların bu mərhələsinin keçirilməsinin səviyyəsi və üsulundan danışıb.

İranda keçirilən Beynəlxalq Quran Müsabiqəsinin ən gözəl hadisəsi

Özünü İranın Əl-Mustafa (s) Əl-Aləmiyyə Universitetinin məzunlarından biri kimi təqdim edən Bilqeys Hərb vurğulayıb ki, İranda Qurani-Kərimin hifzi və yarışmalarında hakimlik kursları keçib. Hazırda isə Livanda Quran elmləri müəllimi kimi fəaliyyət göstərir.

O, bu müsabiqənin ən gözəl hadisəsini onun üçün "Bir kitab, bir millət" şüarının seçilməsi adlandırıb və deyib: "Bu, İranın İslam birliyinə güclü önəm verməsinin göstəricisidir."

4040666

captcha