IQNA

"İslam və beynəlxalq hüquq konvesiyasında uşaq hüquqları" adlı konfrans keçirilib

2:38 - May 16, 2022
Xəbər sayı: 3492238
Beynəlxalq hüquq konvesiyasında yaxşı qanunlar var. Amma İslam qədər incəliklər yoxdur.

"İQNA", xəbər verir ki, Ailə və Mənəvi Tərbiyə üzrə İlk Beynəlxalq Konfransın 15-ci  Ön konfransı, Hövzənin və Universitetin Tədqiqat şöbəsi və "Xatəm" İslam Ailəsi və Mənəvi Tərbiyə İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində və Əl-Mustafa Virtual Universitetinin ev sahibliyi ilə  keçirilib.

Bu konfransın mövzusu İslam və beynəlxalq hüquq konvensiyasında uşaq hüquqları olub. Bu konfrans Azərbaycan dilində olub.

Bu konfransda Beynəlxalq Əl-Mustafa Universitetinin elmi heyətinin əsas üzvü və İslam Araşdırmaları İnstitutunun Sədri Ustad PhD. Tofiq Əsədov çıxış edib.

Bu çıxışı diqqətinizə çatdırırıq:

Biz bu gün istəyirik İslam baxımından və beynəlxalq təşkilatlar tərəfindən təyin olunmuş uşaqların hüquqlarından danışaq. 1950-cı ildə qadınlar üçün təşkil olunmuş bir konvensiyada uşaqlar üçün də iyun ayının 1-ni uşaqların beynəlxalq hüquqlarının qorunması günü kimi tıyin edilib. Sonra 1959-cu ildə konkret olaraq 20 noyabrı uşaqların hüquqlarının müdafiəsi günü kimi təyin edilir. 1989-cu ildə də bütün ölkələrdən istənilir ki, bu günə diqqət olunsun.

Baxmayaraq ki, BMT-də qəbul olunmuş qanunlara əsasən, bu qanun dünyanın bütün avropalı, asiyalı  və afikalı uşaqlarına aiddir. Amma əfsuslar olsun ki, biz görürük ki, hər neçə saniyədə Afrikada uşzaqlar acından ölür. Bu da o deməkdir ki, onların hüquqları qorunmur və sadəcə qəbul olunmuş saziş olaraq qalır.

Amma İslam dini 14 əsr bundan öncə deyib ki, keç kimin heç kimlə fərqi yoxdur. Ağ dərili ilə qara dərilinin, ərəblə əcəmin bir-birləri ilə gərqi yoxdur. Bu, İslam dininin gözəlliyini göstərir ki, hələ o zamandan ümumiyyətlə insanın dəyərini onun fitrətində və təqvasında görür. Amma biz görürük ki, Avropa ölkələrində hətta 19-cu əsrdə hələ bir əsr bundan öncə qara dərililər avtobusun arxasında əyləşirdilər. Onlara öndə oturmağa yer vermirdilər.

Bu konvesiyada gəlib ki, uşaqların qidasına diqqət olunmalıdır. Onların sağlamlığı qorunmalıdır. Amma İslam dini uşaq hələ dünyaya gələn kimi onun yeməyinin fikrindədir. "Bəqərə" surəsinin 233-cü ayəsində gəlib: "Analar öz övladlarına iki il tamam süd verməlidirlər". Təkcə südlərinin fikrində deyil, hətta uşaq ana bətnində olanda deyir ki, ana nə yesin ki, sağlam uşaq dünyaya gəlsin. Hətta gözəl uşaq dünyaya gəlməsi üçündə nə yeməli lazım olduğunu vurğulayır. Hətta uşağın nütfəsi bağlanmamışdan öncə də valideynlərə bəzi sifarişlər edilir. Məsələn valideynlərin dəstəmazlı olmasını istəyir. Ana hamilə olanda stresli olmamasını istəyir. Hətta uşağın anası olaraq necə bir qadını seçməsi də bildirilir. Bunların hamısı uşaqların hüququnu qoruyur.

Bu konvesiyada gəlib ki, uşaqların oynamaq haqqı var. İslam dini deyir ki, 7 yaşına qədər buraxın uşaqlar oynasın. Peyğəmbər (s) uşaqlardan da qabaq onlara salam verir və onlarla oynayırdı.

Bu konvesiyada gəlib ki, uşaqların təhsil haqqı var. İslam Peyğəmbəri (s) buyurur ki, "beşikdən qəbirə qədər elm öyrənin". Beşikdə uşaq necə öyrənsin? Bu uşağın haqqıdır ki, valideynin uşağa elm öyrətsin.

Burada sual ortaya çıxır ki, uşzaq oxusun ya öyrənsin? Çünki uşağın öyrənmə haqqı var. Eyni zamanda uşağın öyrənməsi üçün çox özəl zamandır. Bu vaxt nə öyrənirsə, hədislərdə var ki, sanki elə bil, qayaya nəsə yazırsan. Bunun bir yolu var. O da onları əyləndirərək öyrətməkdir.

Bu konvesiyada gəlib ki, uşaqların kimliyi olmalıdır. Hədisdə var ki, uşağın valideynin boynundakı haqqıdır ki, "uşağa yaxşı ad qoysun. Yaxşı ədəb versin və Quranı ona öyrətsin". İslam dini hələ 14 əsr öncə deyir nəinki, uşağa ad qoymalısan, hətta uşağa gözəl ad qoymalısan. Çünki uşaq üçün ad çox önəmlidir. Uşaq gözəl ədəbi valideynin rəftarından öyrənir. Quran öyrətmək uşaqlara elm öyrətməkdir. Quran elmin ən ali nümunəsi olduğuna görə Qurana işarə olunub.

Hədislərdə var ki, uşaqlara üzgücülük, ox atmaq və yazı yazmaq kimi yaxşı bacarıqlar öyrədilməlidir.

Dünya əhalisinin 30 faizindən çoxu uşaqlardır. Amma bu sadəcə 30 faizdən ibarət deyil. Uşaqlar böyüdükdən sonra elə həmin uşaqlıqlarını davam etdirirlər, böyümüş uşaqlardırlar. Çünki uşaqlıqda insan mənfi ya müsbət nə tərbiyə görübsə, bunu özü ilə daşıyır. Ona görə uşaqlıq dövrü çox önəmlidir. Beləliklə, uşaqların hüquqlarını qorumalıyıq ki, o, ömrünün sonuna qədər həmin uşaqlığı ilə yaşayır.

Deyə bilərik ki, düzdür bu konvesiyada yaxşı qanunlar var. Amma İslam qədər incəliklər yoxdur.

captcha