IQNA

Quran nə deyir? /23

Qəzəbi cilovlamaq möminlərin əlamətlərindəndir

15:47 - August 02, 2022
Xəbər sayı: 3492656
Quranda bəhs edilən möminlərin ən mühüm xüsusiyyətlərindən biri də qəzəbin qarşısını almaq və ardıcıl üç dəfə bir-biri ilə sıx əlaqədə olan insanları bağışlamaq və yaxşılıq etməkdir.

Qəzəb müxtəlif situasiyalarda ortaya çıxan insan xüsusiyyətlərindəndir. Onun mənfi nəticələri xüsusilə şəhərdə yaşayan cəmiyyətlərdə və insan ünsiyyətini artıran geniş spektrdə pis əxlaqi xüsusiyyətlər yaradır. İnciklik, müxtəlif çəkişmələr, ictimai münasibətlərin pozulması, ədavətin geniş vüsət alması dözümlülük həddi aşağı düşəndə ​​ortaya çıxan şeylər sırasındadır.

Dözümlülüyün artırılması və qəzəbi idarə etmə bacarıqlarının gücləndirilməsi belə bir vəziyyətdə təklif olunan şeylərdir. Dini təlimlərdə dindarların xüsusiyyətlərindən birinin qəzəbi yatırmaq olduğu qeyd edilir ki, bu da qəzəbin təsirini sonrakı davranışlarda yox edir.

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali-İmran, 134).

Bu ayədə Allahdan bağışlanma diləyən təqvalı insanların bəzi xüsusiyyətlərindən, o cümlədən qəzəbi cilovlamaqdan bəhs edilir. Bu ayənin təfsirçilərinin diqqət çəkdiyi maraqlı məqam qəzəbi düzgün idarə etməyə aparan davranış silsiləsidir. Əvvəlki ayələrdə sələmin pislənməsindən sonra bu ayə infaqı, əfv etməyi, bağışlamağı və əməkdaşlığı tərənnüm edir.

Ayənin əvvəlindəki “İnsanlar bolluqda və qıtlıqda xərcləyirlər” ifadəsi qəzəbi cilovlamaq üçün müqəddimədir. Çünki cəmiyyət üçün xeyirxah insanlar başqalarının zəif və acizliklərini daha yaxşı anlayır və daha tez bağışlayarlar.

Həmçinin qəzəbi cilovlamaqla başlayan üç mərhələ müttəqilərə nişanə olaraq qeyd edilmişdir. Başqalarının pis əməlləri ilə əlaqədar ilk addım qəzəb, ikinci addım bağışlamaq, üçüncü addım isə ehsan etməkdir.

Rəvayət edilmişdir ki, İmam Hüseynin (ə) oğlu İmam Səccadın (ə) qulunun əlindən qab düşərək İmama xəsarət yetirmiş və İmamın baxdığını görəndə ayənin birinci hissəsini oxumuşdur. “Vəl-Kaziminəl-ğəyz” (qəzəblərini udar) və İmam da buyurdu: “Mən qəzəbimi uddum”. Xidmətçi ayənin davamını oxudu: “Vəl-Afinə ənin-Nas” (insanların günahlarından keçərlər) və İmam da buyurdu ki, Allah səni bağışlasın. Nəhayət o, ayənin son hissəsini oxudu: “Vallahu Yuhibbul-möhsinin” (Allah yaxşılıq edənləri sevər). İmam ona buyurdu: “Get, sən Allah yolunda azadsan”.

Nur təfsirindəki ayənin mesajları

1- Təqva infaq etməkdən ayrı deyil. “أُعِدَّتْ لِلْمُتَّقِينَ الَّذِينَ يُنْفِقُونَ ... “ (“Ənfal” surəsi, 36).

2- infaq etmək sərvət deyil, səxavət tələb edir. "«فِي السَّرَّاءِ وَ الضَّرَّاءِ»"

3- Firavanlıqda olanda məhrumlara laqeyd qalmamalı, ehtiyacımız olanda özümüz də dərddəyik deməməliyik. "«فِي السَّرَّاءِ وَ الضَّرَّاءِ»"

4-Müttəqilər nəfslərinə təslim deyirlər, onlar öz nəfslərinə hakimdirlər. «الْكاظِمِينَ الْغَيْظَ»

5- Təqva səbirdən ayrı deyil. «وَ الْعافِينَ عَنِ النَّاسِ»

6- Təqvalı insan təcrid olunmaz, mal-dövləti və gözəl əxlaqı ilə insanlarla ünsiyyətdə olar. «يُنْفِقُونَ، الْكاظِمِينَ، الْعافِينَ»

7- Səhv edəni bağışlamaqda onun imanı şərt deyil. «وَ الْعافِينَ عَنِ النَّاسِ»

8-Allah tərəfindən sevilmək istəyən mal-dövlətdən əl çəkməli, qəzəbini boğmalıdır. «وَ اللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ»

9-Məhrumlara infaq etmək və insanların xətalarını bağışlamaq ehsan və yaxşılığın nümunələrindəndir. «يُنْفِقُونَ، الْكاظِمِينَ، الْعافِينَ، الْمُحْسِنِينَ»

Oxşar xəbərlər
captcha