IQNA

Fil Dişi Sahilinin paytaxtında yeni məscid açılıb

5:02 - April 09, 2024
Xəbər sayı: 3495762
İQNA - Fil Dişi Sahilinin paytaxtında Mərakeşlə əməkdaşlıqla tikilmiş Məhəmməd məscidi iki ölkənin din və siyasi xadimlərinin iştirakı ilə açılıb.

"İQNA", "Morocco World News" saytına istinadən xəbər verir ki, Abidjanda tikilən 6-cı Məhəmməd məscidi Ramazan ayının 26-sı cümə günü təşkil edilən mərasimlə açılıb.

Bu məscid Fil Dişi Sahilində Məscidlər və İslam İşləri üzrə Ali Şura (COSİM) kimi İslam qurumları ilə birgə tikilib.

İki ölkənin ortaq dini prinsiplərinə əsaslanan bu məscidin Fil Dişi Sahili və Mərakeş xalqları arasında tarixi və qardaşlıq əlaqələrinin simvolu olduğu bildirilib.

Abidjanda 6-cı Məhəmməd məscidinin tikintisinə 2017-ci il martın 3-də Mərakeş kralı 6-cı Məhəmməd və Fil Dişi Sahili Prezidenti Alassane Ouattaranın iştirak etdiyi mərasimlə başlayıb.

Mətbuat açıqlamasında bildirilib ki, mərakeşli memarlar layihə üzərində işləyərkən ənənəvi Mərakeş memarlıq normalarına əməl edəcəklər.

25 min kvadratmetr sahəsi olan məscid binası 7 min nəfərlikdir. Məscidin kitabxanası, yaşıllıq sahəsi, konfrans zalı, inzibati bölməsi, avtodayanacaq və məscid imamının iqamətgahı var.

4208493

captcha