IQNA

Qəzzada şəhidlərin sayı 33 min 545-ə yüksəlib

3:55 - April 13, 2024
Xəbər sayı: 3495778
İQNA – Sionist rejimin Qəzzə zolağına hücumlarında həyatını itirənlərin sayının 33 min 545 nəfərə yüksəldiyi bildirilib.

Sionist rejimin Qəzza zolağına hücumları nəticəsində həlak olan mülki şəxslərin sayı artır.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda oktyabrın 7-dən bəri sionist rejimin hücumlarında 33 min 545 nəfərin həyatını itirdiyi bildirilib. Hücumlarda 76 min 94 nəfər yaralanıb.

Sionist rejim ordusu və siyasi hakimiyyəti hücumların HƏMAS-ı hədəf aldığını iddia etsə də, açıqlanan məlumat və görüntülər işığında aparılan qiymətləndirmələr göstərir ki, sionist rejim bölgədəki mülki insanları birbaşa hədəf alır.

Ölənlərin 70 faizinin qadın və uşaqlar olduğu bildirilir.

Oktyabrın 7-də Qəzza zolağına heç bir hədəf təyin etmədən ağır bombardmana başlayan İsrail oktyabrın 27-də qurudan bölgəni işğal etməyə başlayıb.

captcha