İQNA - Misirdəki Zəkat və Sədəqə Evi, Əl-Əzhər şeyxinin nəzarəti altında, az təminatlı Quran hafizi şagirdlərin dəstəklənməsi layihəsini bu ölkənin bir neçə vilayətində həyata keçirib.
İQNA - Latın Amerikası İslam Təbliğ Mərkəzinin (CDIAL) təşəbbüsü ilə Braziliyanın Paraná ştatının cənub-qərbində ilk xeyriyyə İslam mədəniyyət mərkəzi və məscidi açılıb.
İQNA - Maidə surəsinin 2-ci ayəsində Peyğəmbəri-Əzəmə (s) nazil olmuş son göstərişlərdən səkkizi qeyd olunur ki, onlardan biri də xeyirxahlıq və təqva yolunda birliyin vacibliyidir.
Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alih) buyurub:
“Həqiqətən, bəndə gözəl əxlaqı ilə oruc tutan və gecələr ibadət edən şəxsin məqamına çatır.”
(Biharul-Ənvar, cild 68, səh. 386)
İQNA - İmam Musa Sədrin ailəsi Livan məhkəmə orqanının Hənnibal Qəzzafinin girov müqabilində azadlığa buraxılması qərarına cavab olaraq bildirib ki, onlar Hənnibal Qəzzafinin azad edilməsindən təəccübləniblər.
İQNA - İraqda “Əl-Əmid” Universitetində beynəlxalq səviyyəli “Ən-Nur” universitetlərarası Quran müsabiqəsində seçilən universitetlər və münsiflər heyətinin üzvləri ilə bağlı təltif mərasimi keçirilib.
İQNA - Pakistan şiələrinin rəhbəri, alim Seyid Sacid Əli Nəqəvi, imperialist və sionist güclərdən xeyir gözləməyin mümkün olmadığını vurğulayaraq bildirib ki, “sülh” adı ilə təbliğ olunan razılaşmalar yalnız zahiri və nümayiş məqsədli maddələrdə icra olunub.
İQNA - İmam Musa Sədr və onun iki müşahidəçisinin itkin düşməsi işi ilə bağlı mühüm məhkəmə işində, bu iş üzrə istintaq hakimi Zaher Həmadə, Hannibal Qəddafinin 11 milyon dollarlıq girov qarşılığında azad olunmasına qərar verib.
İQNA - Hakerlər Kanadada və ABŞ-da yerləşən dörd hava limanının ictimai səsgücləndirici sistemlərinə nəzarəti ələ keçirərək, Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) dəstəyində və ABŞ prezidenti Donald Trampa qarşı mesajlar yayıblar.
İQNA - Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyinin təşəbbüsü ilə bu gün, oktyabrın 15-də Qazaxıstanın paytaxtı Astananın Mərkəzi Məscidində 2-ci Beynəlxalq Quran Qiraəti və Hifzi Müsabiqəsi keçirilir.
İQNA - Kərbəlada yerləşən “Əl-Əmid” Universiteti, İraqın daxilindən və xaricindən olan 60-dan çox universitetin tələbələrinin iştirakı ilə keçirilən “Ən-Nur” Beynəlxalq Quran Müsabiqəsinə ev sahibliyi edib.
İQNA - İsrail rejiminə qarşı çıxan çox sayda Fələstin tərəfdarı italyan etirazçı, İtaliyanın Udine şəhərində yerləşən “Bluenergy” stadionunun qarşısında – İtaliya ilə İsrail yığmaları arasında keçirilən oyunun məkanında – bu rejim və onun komandası əleyhinə şüarlar səsləndirib. Kütləni nəzarət altına almaq üçün İtaliya polisi xüsusi avadanlıqlardan istifadə etməli olub.