IQNA

İstambul kinoklubları "Məhəmməd Rəsulullah" filminə qucaq açdılar

9:41 - October 31, 2016
Xəbər sayı: 3480943
Tehran, 31.10.2016 – İranlı kinorejissor Məcid Məcidinin hazırladığı "Məhəmməd Rəsulullah (s)" kinofilmi İstambul kinoklublarında ekrana getdi və geniş tamaşaçı kütləsi tərəfindən həvəslə qarşılandı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, iranlı kinorejissor Məcid Məcidinin hazırladığı "Məhəmməd Rəsulullah (s)" kinofilmi İstambul kinoklublarında Türkiyənin tanınmış məzhəbi, ictimai, siyasi, mədəni və elmi şəxsiyyətləri, kinotənqidçiləri, kinorejissorları, media adamları və incəsnət əhlinin iştirakı ilə İstambulun "Kanyon" kinoklubunda pərdə üzərinə getdi və geniş tamaşaçı kütləsi tərəfindən həvəslə qarşılandı.

Tamaşaçılar və dəvət olunmuş qonaqlar kinodakı qəmli səhnələrin dərin təsiri altına düşdülər və bu barədə göz yaşlarını da gizlətmədilər. Tamaşaçılardan biri yanaqlarındakı göz yaşlarını silə-silə dedi: Ümidvaram ki, bu kino il ərzində Türkiyənin bütün kinoklublarına ekran olunacaq və türkiyəlilərin hamısı bu kinoya baxmaq fürsətini əldə edə biləcəklər.

O dedi: Bir müsəlman olaraq bu kinoya baxmaq məni çox şad etdi və bu kinodakı mesajlar mənə bir müsəlman olaraq fərəh verdi. Kinoda tamaşaçılar üçün dostluq, məhəbbət, bağışlamaq və mehribanlıq kimi mühüm ismarıclar var idi.

İranlı kinorejissor Məcid Məcidinin ekrana aldığı "Məhəmməd Rəsulullah (s)" filmi əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) 13 yaşınadək uşaqlıq dövrünü görüntüləyib.

Türkiyəli kinotənqidçilərin dediklərinə görə bu film Türkiyədə satış rekordunu sındıra biləcək kinolardandır.

İlk yayımda tamaşaçıların çoxluğu o qədər idi ki, kinonun ekranına xüsusi çağırılmış kino, media və incəsənət adamları bu filmə ikinci dəfə baxacaqlarını vurğulayıblar.

captcha