IQNA

Qana İslam təşkilatları İranla həmrəy olduqlarını elan etdilər

8:42 - July 01, 2019
Xəbər sayı: 3485423
Qananın İslami Koalisiya Təşkilatlarının baş katibi Hacı Əbdülmənnan Əbdürrəhman İran İslam Respublikasının bu ölkədəki İİR Mədəniyyət Əlaqələri İdarəsinə gələrək Əlirza Fəramərzi ilə görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qananın İslami Koalisiya Təşkilatlarının baş katibi Hacı Əbdülmənnan Əbdürrəhman İran İslam Respublikasının bu ölkədəki İİR Mədəniyyət Əlaqələri İdarəsinə gələrək Əlirza Fəramərzi ilə görüşüb.

Qananın İslami Koalisiya Təşkilatlarının baş katibi Hacı Əbdülmənnan Əbdürrəhman danışıqlar zamanı Orta Şərqin və Fars Körfəzinin siyasi durumuna işarə edərək deyib: Qananın İslami təşkilatları İran İslam Respublikası ilə həmrəydirlər və Amerikanın regiondakı hegomonist təzyiqləri və təhdidləri qarşısında İran xalqının müqavimətini dəstəkləyirlər, Amerikanın bu siyasətlərinə nifrət edirlər.

Hacı Əbdülmənnan Əbdürrəhman əlavə edib: İran zülmə məruz qalmış ölkələr üçün mayak rolunu çox gözəl ifa edir. İranın müqaviməti inkişaf etmiş ölkələr və regionun siyasi şəxsiyyətlərində maraq doğurmuşdur.

O bildirib: İslam İnqilabının qələbəsindən sonra Amerika və müttəfiqləri bütün hiylələrdən istifadə etdilər ki, İslam hakimiyyətini aradan aparsınlar, amma bacarmadılar.

Qananın İslami Koalisiya Təşkilatlarının baş katibi Hacı Əbdülmənnan Əbdürrəhman vurğulayıb: Biz, Qana İslam Koalisiyası Təşkilatları əvvəldən İslam İnqilabını dəstəkləyir, həmişə İranın yanındayıq, İranı dünyanın yeganə İslami gücü hesab edirik. İran həmişə ədalətin bərqərar olması üçün dirəniş göstərib və İslam və müsəlmanların fəxridir.  

http://iqna.ir/fa/news/3823259

captcha