IQNA

Qurani-Kərimdə möminlərin xüsusiyyətləri

10:34 - October 02, 2021
Xəbər sayı: 3490869
“O kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.”

1. Namazda itaətkarlıq:

الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ

“O kəslər ki, namazlarında (həm qəlbləri, həm də bədənləri ilə) itaətkardırlar.”

2. Çirkin və bihudə işlərdən üz döndərmək:

وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ

“O kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.”

3. Zəkat vermək:

وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ

“O kəslər ki, zəkat verib nəfslərini təmizləyirlər.”

4. İffətli olmaq:

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ

“O kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar.”

5. Əmanət və əhd-peymana sadiqlik:

وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ

“O kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.”

6. Namazı qorumaq:

وَالَّذِينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ

“O kəslər ki, namazlarını (kamil şəkildə) qoruyurlar.” (“Muminun”, 1-9.)

7-8-9: Bir-birilə dostluq etmək, yaxşılığa dəvət edib pislikdən çəkindirmək və namazı bərpa etmək:

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ

“Mömin kişilər və möminə qadınlar bir-birinin dostu, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) işi əmr edir və pis (sayılan) işdən çəkindirirlər, namazı bərpa edir və zəkat verirlər...” (“Tövbə”, 71.)

10. Canları və mallarını Allaha satmaq:

إِنَّ اللّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ

“Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına satın alıb.” (“Tövbə”, 111.)

11. Tövbə edərlər:

12. İbadət edərlər:

13. Həmd-səna deyər və ilahi nemətlər müqabilində şükür edərlər:

14. Oruc tutarlar:

15. Rüku edərlər:

16. Səcdə edərlər:

17. Yaxşı işlərə dəvət edər və pis işlərdən çəkindirərlər:

18. İlahi sərhədləri qoruyarlar:

التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدونَ الآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللّهِ وَبَشِّرِ الْمُؤْمِنِينَ

“(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmd-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün səfər edənlər), rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver.” (“Tövbə”, 112.)

19. Allah zikr edildikdə qəlbləri qorxar:

20. İlahi ayələr tilavət olunduqda, imanlarını artırarlar:

21. İnfaq edərlər (Allah yolunda xərcləyərlər):

22. Allaha təvəkkül edərlər:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ. أُوْلَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا

“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunduqda imanlarını artırar və daim öz Rəbbinə təvəkkül edərlər. Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi, həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər. Onlardır həqiqi möminlər!” (“Ənfal”, 2-4.)

23. Döyüşdə və ictimai-siyasi məsələlərdə İslam rəhbərini tək-tənha qoymazlar:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَى أَمْرٍ جَامِعٍ لَمْ يَذْهَبُوا حَتَّى يَسْتَأْذِنُوهُ

“(Həqiqi) möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş və (məsləhət, müharibə, cümə namazı və bayram tədbirləri kimi) mühüm ictimai işdə onunla birlikdə olanda, icazə almayınca onun yanından getməyən kəslərdir...” (“Nur”, 62.)

24. İlahi ayələri eşidərkən səcdə edər, Allaha təsbih və həmd edər, təvazökarlıq edərlər:

إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ

“Həqiqətən, Bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd-nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd deməklə (Onu) təsbih edənlər, (Onu) hər bir eyib və nöqsandan pak (və uzaq) bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirərlər.” (“Səcdə”, 15.)

25. Gecələri yataqdan qalxıb ibadətlə məşğul olarlar:

تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ... أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا لَّا يَسْتَوُونَ

“(Gecənin qaranlığında) Yataqlarından qalxıb Rəbbini qorxaraq və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər... Belə isə, məgər imanlı olanlarla fasiq olanlar eynidirmi? Əsla (onlar) eyni deyildir!” (“Səcdə”, 16-18.)

captcha