IQNA

Küveytdə fərdi və qrup şəklində gündəlik qiraət proqramı istifadəyə verilib

19:44 - March 12, 2022
Xəbər sayı: 3491903
Küveytdəki bir xeyriyyə təşkilatı ölkədə gündəlik fərdi və qrup şəklində tilavət etmək üçün yeni Quran proqramının istifadəyə verildiyini elan edib.

"İQNA", "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Küveytdə Qurani-Kərim və Elmlərinin Hafizləri və Xidmətçiləri Xeyriyyə Cəmiyyəti smartfon telefonlar və Cihazlar üçün "Quran mənim həmnişinim" adlı proqramını istifadəyə verib. Bu proqram Küveytdə gündəlik Quran tilavəti üçün birinci keyfiyyətli proqramdır. Həmçinin bu proqram Qurani-Kərimin oxunması mədəniyyətini ailə və dostlarla yanaşı, fərdlər və cəmiyyət arasında yaymaq məqsədi ilə hazırlanmışdır.

Bu Xeyriyyə birliyinin sədr müavini Əhməd Əl-Mürşid deyib: ""Quran mənim həmnişinim" adlı proqram Quranla gündəlik ünsiyyətdə kömək edən bir proqramdır. Bu proqram qabaqcıl funksiyalardan istifadə edilərək Allahın Kitabına xidmət etmək üçün hazırlanmışdır ki, hər zaman fərdlər və qruplar üçün Quranı tilavət etməyə kömək edir.

4041864

Teqlər: küveyt ، gündəlik ، qiraət ، proqram ، tilavət
captcha