İQNA, "Əl-yəvm"-ə istinadən xəbər verir ki, Mədinədə Kral Fəhdin Qurani-Kərim Çap Birliyi "Müshəfül-Muvəsəs" adlı Qurani-Kərimin yazılması üzrə beynəlxalq müsabiqənin keçirilməsini elan edib.
Bu beynəlxalq müsabiqə Qurani-Kərimi yazmaq imkanı yaradır. Bu, dünyanın hər yerindən görkəmli xəttatların Quran xəttatlığı sahəsində təcrübə mübadiləsi üçün bir fürsətdir.
Bu müsabiqənin məqsədlərdən ən mühümü müasir xəttatların Qurani-Kərimin yazılmasında göstərdikləri səy və yaradıcılıqları ortaya çıxarmaqdır. Həmçinin onların istedadlarından Qurani-Kərimə xidmətdə istifadə etməkdir.
Bu proqram Qurani-Kərimin ən yaxşı xəttatlarını təqdir etmək və onların Uca Allahın kitabına xidmətdə göstərdikləri səyləri qiymətləndirmək məqsədi daşıyır.