"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, şənbə günü İndoneziyalı bir qrup zəvvar Mədinə hava limanında enib və yaxın günlərdə Məkkəyə yola düşəcəklər.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (WAS) bildirib ki, bu gün İndoneziyadan Həcc 2022-nin ilk xarici reysi Mədinənin Məhəmməd ibn Əbdüləziz Beynəlxalq Hava Limanına çatıb. Xəbərə görə, 358 indoneziyalı zəvvar bu gün Mədinəyə gəlib və bir sıra Səudiyyə rəsmiləri tərəfindən qarşılanıb.
Ərəbistanın Həcc Nazirliyinin rəsmilərindən biri Məhəmməd Əl-Bəcavi deyib ki, Malayziya və Hindistandan uçuşlar davam edəcək. O, həmçinin bildirib ki, bu gün biz epidemiya səbəbindən iki illik fasilədən sonra Allahın qonaqlarını qəbul etməkdən xoşbəxtik.
4061979