IQNA

İnsanların yaradılış fəlsəfəsi

17:35 - August 22, 2022
Xəbər sayı: 3492775
İnsan yeganə varlıqdır ki, kamil həyata malikdir. Düşünür, işləyir, seçir və kamilliyə çatmaq üçün lazım olan hər şeyə malikdir. Odur ki, belə bir varlığın yaradılması üçün mütləq bir plan və məqsəd müəyyən edilmişdir. Əgər düzgün bilinməsə, insan yolunu azar.

Qurani-Kərim həyat kitabı və insanın təkamülü və xoşbəxtliyinin nüsxəsidir. Buna görə də həyatın əsas suallarını Quran baxımından araşdırmaq və cavablandırmaq məqsədəuyğun və zəruridir. İnsanlar üçün hər zaman gündəmə gələn mühüm suallardan biri də köklü və əsaslı bir sual olan yaradılış fəlsəfəsidir. İnsanlar həmişə nə üçün yaradıldıqlarını və həyatın məqsədinin nə olduğunu bilmək istəmişlər.

İnsan və cinlərin yaradılış fəlsəfəsi haqqında bəhs edilən ayələrdən “Zariyat” surəsinin 56-cı ayəsi də var ki, burada deyilir: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zariyat, 56(.

Bu mübarək ayədə yaradılışın məqsədinin Uca Allaha ibadət olması açıq-aydın bildirilmişdir. cinlərin və insanın yaradılışının yeganə səbəbi ibadətdən bəhs edilmişdir. İbadətin mənası itaətlə yanaşı təvazökarlıq göstərməkdir. Bəs ibadət insan yaradılışının son məqsədi ola bilərmi, yoxsa daha böyük məqsədə çatmaq üçün bir vasitədir?

 İnsanın yaradılış fəlsəfəsi olan ibadət təkamül və mütləq kamil olan Uca Allaha yaxınlıq üçündür. Deməli, ibadət kamala çatmaq üçün bir yol və vasitədir; Necə ki, buyurur: “Mənə ibadət edin doğru yol budur” (Yasin, 61). Deməli, birincisi, ibadət məqsədin özü deyil, məqsədə çatmaq yoludur. İkincisi, yalnız bir yol var, o da Allaha ibadət və bəndəlik yoludur.

İndi yaradılış hədəfinə çatmağın birbaşa və düzgün yolu müəyyən olunduğuna görə necə olur ki, bəzi insanlar ibadətdən üz döndərirlər və ibadət etmək həvəsləri yoxdur. Əsas səbəb insanın özünə və hansı məqsədlə yaradıldığına etinasız yanaşması ola bilər. İnsan dünyəvi ləzzətlərdə boğulduğu üçün əsas məqsəd və yolu unudub öz əsl həqiqətindən uzaqlaşır. Məhz belə bir vəziyyətdə insanın mənəvi sahəsi solur və insan Allahın ibadət və diqqətinə ehtiyacı olmadığını düşünür.

captcha