IQNA

İsveçdə baş örtülü qadına hücum olub

11:03 - November 02, 2022
Xəbər sayı: 3493186
İsveç polisi İsveç paytaxtı yaxınlığında naməlum kişinin baş örtülü qadına hücumu barədə məlumat verib.

"İQNA", "Əlkompis "-ə istinadən xəbər verir ki, İsveç polisi məlumat yayıb ki, Stokholmun şimal-şərqindəki Lidinqo rayonunda otuz yaşlarında baş örtülü qadın naməlum kişinin hücumuna məruz qalıb.

Polis izah edib ki, kişi qadının başındakı yaylığı çıxarıb və nəticədə qadın yerə yıxılıb.

Polis sözçüsü Daniel Vikdal deyib ki, biz bu cinayəti müsəlmanlara qarşı nifrət aktı hesab edirik. Çünki SVT-nin hesabatına görə, bu adam bunu edərkən müəyyən sözlər söyləyib.

“Meet e Stockholm” qəzeti polisə istinadən yazıb ki, kişi qadına İsveçdə hicab taxmamalı olduğunu deyib.

Bu qadın yerə yıxıldıqdan sonra baş və boyun nahiyəsində ağrılar hiss edib və naməlum kişi sürətlə hadisə yerindən qaçıb.

4096286

captcha