IQNA

Qanada keçirilən Quran yarışlarının qalibləri təltif edilib

20:44 - May 06, 2023
Xəbər sayı: 3494130
Qanadakı "Əl-Hacı Nurgah" məscidində Quranın bütövlükdə hifzi, Quranın yarısının hifzi və Quranın 30-cu cüzünün hifzi üzrə qaliblər mükafatlandırılıb.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Keçən il olduğu kimi, İranın Qanadakı mədəni məsləhətləşmələri gəncləri Qurani-Kərimlə tanış olmağa həvəsləndirmək məqsədi ilə Qana İslam Təhsili İnstitutu ilə əməkdaşlıq edərək Əl-Hacı Nurgah məscidində (sünni məscidlərindən biri) Newtown məhəlləsində Quran hifzi yarışı təşkil edib.

Bu yarışlar Quranı tam əzbərləmək, Quranın yarısını əzbərləmək və 30-cu cüzünü əzbərləmək üzrə keçirilib və hər qrupda maksimum 14 iştirakçı olub.

Müsabiqənin sonunda hər fənndən birinci, ikinci və üçüncü yerləri tutan üç nəfərə xatirə hədiyyələri təqdim olunub.

4138893

captcha