IQNA

Ailə və qadın Quran baxımından / 14

Həya və hicab, cəmiyyətin problemlərini azaltmaq üçün bir element

10:21 - August 21, 2023
Xəbər sayı: 3494635
TEHRAN (IQNA) - Həya və hicab dindaxili tələb deyil, ümumbəşəri tələbdir. Bütün dinlər və ölkələr bu məsələni vurğulayır və cəmiyyətin problemlərinin azaldılmasında bu elementin mövcudluğunu təsirli hesab edirlər.

Bu gün Qərbin üzləşdiyi problemlərdən biri də cəmiyyətdəki şəxsiyyət böhranıdır. Son aylarda şəxsiyyət böhranı bu region ölkələri üçün bir problemə çevrilib. Bu böhranla bəşər cəmiyyətinin problemlərini həll etmək, bəşər sivilizasiyasına nail olmaq mümkün deyil. Cəmiyyətlərdə insan düşüncəsi həyat tərzini yaradır. Sivilizasiyanı yaradan da bu həyat tərzidir; Buna görə də İslam, sivilizasiyanın həyat tərzini müxtəlif rasional və insani təfəkkür bucaqları ilə özündə qərarlaşdırmışdır.

Həya və hicab dindaxili tələb deyil, ümumbəşəri tələbdir. Bütün dinlər və ölkələr bu məsələni vurğulayır və cəmiyyətin problemlərinin azaldılmasında bu elementin mövcudluğunu təsirli hesab edirlər.

İnsanlar cəmiyyətə daxil olanda cinsiyyəti ilə yox, insanlığı ilə girməlidir. Həya və hicab olmayan yerdə insan inkişafı da olmayacaq.

Kişi və qadın ancaq insan olmaqda ortaqdırlar. Onlar üçün çoxlu fərqlər var ki, ekspertlər 150 davranış, emosional və intellektual fərqlilikləri qeyd ediblər. İndiki gənclər ailə münaqişələrinin qarşısını almaq üçün nikahdan əvvəl qarşı tərəfin insani xüsusiyyətlərini bilməlidirlər.

Sağlam ailədə olmaq olan ilk və ən əsas insani ehtiyacını təmin edə bilməyən cəmiyyət sivilizasiya qurucusu ola bilməz; Necə ki, indiki cəmiyyətlərdə boşanmaların sayı artıb. Bəzi yerlərdə hər iki evlilikdən biri emosional boşanma ilə üzləşib. Əsəb təzyiqi və zərərin ardınca gələn ən yüksək dərəcə boşanmadır. Buna görə də bu zərərlə insan sivilizasiyasına nail olmaq mümkün deyil.

* Bu, Hövzə və universitet mütəxəssisi Seyid Əlirza Taraşionun sözlərindən bir hissədir.

1248999

captcha