IQNA

Ramazan topu: "İslam dünyasında qədim və davamlı ənənə"

5:45 - March 13, 2024
Xəbər sayı: 3495625
İQNA – Ramazan ayında top atmaq bəzi İslam ölkələrində bir neçə əsr əvvələ gedib çıxan qədim ənənədir.

"İQNA", "Əl-yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Ramazan ayının başlanğıcı dünya müsəlmanları üçün həmişə çox önəmli olub. Bu ay İslam ölkələrində bir çox insanlar üçün mənəviyyat, ibadət və təmizlənmə ayı olmaqla yanaşı, bayram və ziyarət ayı olmuşdur.

Ramazan hilalının görünməsi, iftar və obaşdan vaxtlarının elan edilməsi, orucun başlanması hər bir ölkədə xüsusi adət-ənənələrlə müşayiət olunurdu. Bu adət-ənənələrdən ən mühümü Ramazan toplarının atılmasıdır. Bu qədim ənənə indi də dünyanın bir çox ölkələrində qüvvədədir.

Bir çox tarixçilərə görə, Qahirə müqəddəs Ramazan ayında top atəşinin başladığı ilk şəhərdir. Mübarək Ramazan ayı ərəfəsində Qahirə Polis Muzeyində İslam dünyasında iftar və top atma adətlərindən bəhs edən sərgi keçirilib.

Bəzi tarixçilər iftar toplarının atılmasının Dəməşqdən başladığına inanırlar. Ramazan topunun ilk atıldığı yer Dəməşq qalasının damı olub və o dövrdə şəhər kiçik olduğundan və məhəllələr Qalanın ətrafında yerləşdiyindən topun səsi hər yerdən eşidilirdi. Top atəşi ilk dəfə 1742-ci ildə, Dəməşq valisi Əsəd Paşa Əl-Əzəmin dövründə başladı. Yeməkdən sonra Ramazan hilalı göründüyü gün Əsəd paşa xalqa məlumat vermək üçün toplardan atəş açılmasını əmr etdi.

Qüdsdə top atəşinin tarixi 130 ildən çox Osmanlı dövrünə gedib çıxır. Bu şəhərdə top atmaq atadan oğula ötürülür və sionist rejim 2000-ci ildən top atəşinə qarşı məhdudiyyətlər qoyub, lakin əksər Qüds hələ də bu ənənəyə sadiqdir.

1907-ci ildən başlayaraq, Şeyx Mübarək Əs-Sabahın dövründə küveytlilər iftar və axşam saatlarını elan etmək üçün toplardan istifadə etməyə başladılar. Küveytli tarixçi Adil Əl-Sadun özünün Küveytin İlkləri Ensiklopediyasında yazırdı: “Əli, b. Əkab b Əl Həzərci, Küveytdə Ramazan topunu atan ilk şəxs olub və onun istifadəsini osmanlılardan öyrənib” dedi.

Fars körfəzinin ərəb ölkələrində və xüsusilə də BƏƏ-də Ramazan topunun ortaya çıxması ilə bağlı tarixçilər mübarək Ramazan ayının gəlişini bildirmək üçün topdan istifadənin bir qədər yeni olduğunu və ingilislərə müstəmləkə dövrünə qədər gedib çıxdığını bildiriblər..

Ramazan topu atma ənənəsinin mövcudluğu ilə ilk dəfə 17-ci əsrdə Yəməndə qarşılaşırıq. Osmanlılar bu ritualı Yəmənə gətirmiş və bu ənənə sonralar da davam etmişdir. Yəməndə İmam Zeydinin və digər hökumətlərin hakimiyyəti dövründə Ramazan topunun atılması insanları iftar və obaşdan vaxtlarından xəbərdar etmək üçün mühüm bir ənənə olaraq qaldı.

Məkkədə top atəşi Əl-Mədəf (top deməkdir) adlı dağın zirvəsində edilir. Ramazan ayının əvvəlində topdan yeddi dəfə atəş açılır. İftarda iki, obaşdanda bir dəfə və obaşdan sonra orucun əvvəlində atəş açılır. Fitr bayramı axşamı 7, Ramazan bayramı səhəri isə 5 dəfə atəş açılır.

Türkiyə tarixçilərinin fikrincə, bu ölkədə top atəşinin tarixi 1835-ci ildən başlayır. Osmanlı sultanı 2-ci Sultan Mahmud peyğəmbərin (s) mövludu gecəsi bir top atəşinin açılmasını əmr etdi ki, camaat bu vəziyyətdən xəbərdar olsun. Sultanın əmri ilə müqəddəs gün qürubdan sabaha qədər toplardan beş dəfə atəş açılır.

Top atəşi xalq tərəfindən müsbət qarşılandığı üçün sultanın Ramazan ayında iftarda və oruc tutmaqda istifadə etməsinə səbəb olmuş və o vaxtdan bəri bu, dəyişməz bir ənənəyə çevrilmişdir.

4204606

captcha